Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Rəhim Qazıyev: “Çox ağırdır. Onu itirdim”

  35
15:45 16-09-2018
Şriftin ölçüsünü dəyiş  

Xəbər verdiyimiz kimi sabiq müdafiə naziri Rəhim Qazıyevə ağır itki üz verib. 

Belə ki, eks-nazirin həyat yoldaşı vəfat edib. 

Sabiq nazir Paralel.az-a açıqlamasında deyib ki, həyat yoldaşı şəkər xəstəliyindən əziyyət çəkirdi.

“Uzun müddət idi ki, şəkərdən əziyyət çəkirdi. Axır vaxtlarda bədənində yara əmələ gəlmişdi. Nə qədər həkim müayinəsində olsa da, alınmadı. Çox ağırdır. Bu yaşımda onu itirdim”.

Rəhim Qazıyev həyat yoldaşının dəfn olunacağı yeri də deyib.

“Bu gün təxminən saat 4 radələrində dünyasını dəyişdi. Təzəpir məscidindən sonuncu mənzilə yola salacağıq. Qurd qapısı qəbiristanlığında dəfn ediləcək”.


Yazarlar