Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

UEFA “Qarabağ”ın rəqibini cəzalandırdı

  22
15:05 16-09-2018
Şriftin ölçüsünü dəyiş  
"Qarabağ”ın Avropa Liqasının qrup mərhələsində rəqibi olan "Sportinq" (Portuqaliya) UEFA tərəfindən cəzalandırılıb.
 Paralel.az Portuqaliya mətbuatına istinadən xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin ilk matçında "köhlən atlar”ı qonaq edəcək "Sportinq”in ev oyunlarını keçirdiyi "Joze Alvalade” stadionunda 3 min yer boş qalacaq.
 
Keçən mövsüm Avroliqanın 1/4 final mərhələsinin "Atletiko” ilə cavab matçında (1:0) azarkeşlər oyunun hakimlər briqadasını yad cisimlərlə "atəş”ə tutduğundan, UEFA azarkeşlərin olduğu sektorların 1 oyunluq bağlanmasına qərar verib.
 
"Sportinq” klubu bununla bağlı azarkeşlərinə müraciət edib: "Klubun bütün üzvləri və azarkeşlər tam olaraq anlamalıdırlar ki, kobud hərəkətlər komandamıza ciddi zərər verə bilər”.
 
Sentyabrın 20-də keçiriləcək "Sportinq” - "Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Yazarlar