Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

ÜAK-ın yerində yeni təşkilat yaradılır- Rusiyadakı səfirliyimiz də dəstək olur

  19
15:17 16-09-2018
Şriftin ölçüsünü dəyiş  

“Ümumrusiya Azərbaycanlıları Konqresinin fəaliyyəti ləğv olunandan sonra qərara gəldik ki, yeni təşkilat yaradaq. Hazırda yeni təşkilatın qeydiyyatdan keçməsi ilə bağlı işlər aparılır. Bu sahədə səylərimizi əsirgəmirik”.

Bunu Paralel.az-a açıqlamasında vaxtilə ləğv edilmiş ÜAK-ın icraçı katibi olmuş İlqar Hacıyev deyib

O bildirib ki, ÜAK ləğv olunsa da, yeni yaradılacaq təşkilata onun adını vermək barədə də fikirləri var.

“Ümumrusiya Azərbaycanlıları Konqresini 2001-ci ildə yaratmışdıq. O təşkilat bizim üçün hər şey idi. Ətrafımızda nə qədər ziyalı toplaşmışdı. Amma ümid həmişə var. Yeni təşkilatımıza bir neçə ad düşünmüşük. Həmin adlar içində ÜAK adı da var. Sadəcə yeni təşkilatımızın qeydiyyat məsələsi də həll edilməyib. Hər şey tam həllini tapan kimi ictimaiyyətə bu barədə məlumat verəcəyik. Yeni təşkilatımızız yaranmasına hər yerdən dəstək var. Rusiyadakı səfirliyimiz də bizə dəstək olur. Hər kəs bizi yenidən görmək istəyir”

Qeyd edək ki, Rusiya Ali Məhkəməsi 2017-ci il 15 may tarixində Ədliyyə Nazirliyinin iddiası əsasında ÜAK-ın qeydiyyatını ləğv edib.

Xatırladaq ki, ÜAK 2001-ci ildə yaradılıb.

Yazarlar