Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Britaniya “Skripal işi”nə görə hələ Rusiya sanksiya tətbiq etmək istəmir

  22
14:40 16-09-2018
Şriftin ölçüsünü dəyiş  

Böyük Britaniyanın daxili işlər nazirinin müavini Ben Uolles bildirib ki, London “Brexit” (Britaniyanın Avropa Birliyindən çıxması) prosedurunun tamamlanmasına qədər “Skripal işi”nə görə Rusiyaya sanksiya tətbiq etməyəcək.

Paralel.az saytının xəbərinə görə bu haqda nüfuzlu “Daily Telegraph” nəşri bildirib. O qeyd edib ki, bu ilin mayında Britaniyanın sanksiyalar haqqında qanuna düzəlişlər etməsi Londona “Brexit” dən sonra lazım olacaq.

Qeyd edək ki, bu ilin martında Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və onun qızı Yuliya Skripal Solsberidə “Noviçok” maddəsi ilə zəhərlənib.

Britaniya hadisənin Rusiya tərəfindən törədildiyini bəyan etsə də, Kreml ittihamlarla razılaşmır.

 


Yazarlar