Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Məktəb ləvazimatı alarkən bunlara önəm vermək lazımdır

  39
23:20 15-09-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbaycanda satılan məktəb ləvazimatları bir çox ölkələrdən gətirilsə də, yerli istehsal da çoxdur. Paralel.az xəbər verir ki, bunu “Trend”ə məktəb ləvazimatlarının satış mərkəzlərindən birinin sahibi Elman Verdiyev deyib.

 

Onun sözlərinə görə, idxal olunan məhsulların çoxu Türkiyə və Çindən gəlir:

 

“Yerli məhsullar arasında tələbat ən çox dərslik və gündəliklərin üzərinə düşür. Gündəliklər bir neçə növdə istehsal olunur. Əsas fərqlilik qalın və nazik olan üzlükdədir”.

 

Yerli və xarici məhsullar arasında olan fərqdən danışan mağaza sahibi bildirib ki, valideynlər ən çox keyfiyyətli məhsullara üstünlük verirlər:

 

“Satılan məhsullar müxtəlif qiymətədir. Qələm var ki, 1.50 manatadır, ən bahalısı isə 7 manatdır. Hər məhsulun öz alıcısı var, ancaq buna baxmayaraq valideynlərin çoxu keyfiyyətə üstünlük verir. Elə Avropa məhsulları var ki, yerli məhsulla müqayisədə aşağı səviyyədədir. Bu ən çox çap məhsullarıdır. Yerli məhsulun keyfiyyəti xaricdən gətiriləndən daha üstündür”.


Yazarlar