Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Maşın yaşlı qadının üstünə aşdı: 1 ölü, 1 yaralı - VİDEO

  44
22:35 15-09-2018
Şriftin ölçüsünü dəyiş  

Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Paralel.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Məhəmməd Əsədov küçəsində baş verib. Belə ki, torpaq yolda yüksək sürətlə hərəkətdə olan "BMW" markalı "10-ZP-823" dövlət qeydiyyat nişanlı minik maşını idarəetmədən çıxaraq kənarda zibil atmaq istəyən yaşlı qadının üzərinə aşıb.

 

Hadisə nəticəsində 1951-ci il təvəllüdlü Adışova Güldəstə Səfərqulu qızı ölüb. Maşının 1990-cı il təvəllüdlü sürücüsü Əhədov İmran Səxavət oğlu xəsarət alaraq xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.


Yazarlar