Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Çili Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

  36
21:50 15-09-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov Latın Amerikası ölkələrinə səfəri çərçivəsində Çili Respublikasında olub. Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Paralel.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir müavini X.Xələfov Çili Respublikası Senatının sədri Karlos Montes və Deputatlar Palatasındakı Çili-Azərbaycan Dostluq Qrupunun sədri Qabriel Silber və qrupun digər üzvləri ilə görüşüb.

 

Görüşdə ikitərəfli münasibətlərin müxtəlif sahələri barəsində fikir mübadiləsi aparılmış və xalqlar arasında dostluq və qarşılıqlı etimadın gücləndirilməsində parlamentlərarası əlaqələrin mühüm rol oynadığı qeyd edilib.

 

Səfər çərçivəsində həmçinin Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Çili Respublikasının Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələrin I raundu keçirilmişdir. Siyasi məsləhətləşmələr zamanı Azərbaycan tərəfini nazir müavini X.Xələfov, Çili tərəfini isə nazir müavini Karolina Valdiviya Torres təmsil etmişdir. Görüşdə siyasi, iqtisadi, enerji, nəqliyyat, mədəniyyət və turizm sahələrində əlaqələrin inkişaf etdirilməsi, o cümlədən, ticarət dövriyyəsinin artırılması, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi və qarşılıqlı sərmayə qoyuluşu imkanlarının öyrənilməsi barədə fikir mübadiləsi aparılmışdır. Nazir müavini X.Xələfov Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən irimiqyaslı enerji və nəqliyyat layihələri barədə məlumat vermiş, Latın Amerikası regionu dövlətləri, o cümlədən, Çilinin bu nəqliyyat infrastrukturlarından istifadə edərək Mərkəzi Asiya və Uzaq Şərq bazarlarına daha səmərəli çıxış əldə edə biləcəyini vurğulamışdır. Çili tərəfi Azərbaycan Respublikasının regiondakı geniş iqtisadi və infrastruktur imkanlarını və geosiyasi əhəmiyyətini nəzərə alaraq, Azərbaycanda Səfirlik təsis etmək haqqında qərar qəbul etdiyini və yaxın zamanlarda Səfirliyin fəaliyyətə başlayacağını bəyan edib.

 

Görüşdə həmçinin Ermənistan-Azərbaycan münaqişəsi, münaqişə üzrə danışıqlar prosesinin son durumu barəsində geniş fikir mübadiləsi aparılıb. X.Xələfov münaqişənin beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasının ərazi bütövlüyü, BMT Təhlükəsizlik Şurasinin müvafiq qətnamələri əsasında həll olunmasının labüdlüyü qeyd edilib.

 

Bu xüsusda, Çili tərəfi Azərbaycan Respublikasının ərazilərinin işğalını qəbul etmədiyini, münaqişənin Azərbaycanın ərazi bütövlüyü, BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında sülh yolu ilə həllini dəstəklədiyini bildirib. X.Xələfov Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Çili Respublikasının bu mövqeyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

 

Siyasi məsləhətləşmələrdən sonra “Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ilə Çili Respublikası Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında anlaşma Memorandumu" və “Azərbaycan Respublikası Hökuməti və Çili Respublikası Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslər üçün viza tələblərinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında Saziş” imzalanıb, bu sənədlərin ikitərəfli münasibətlərin inkişaf etdirilməsinə tövhə verəcəyi bildirilib. Bu xüsusda, Azərbaycan və Çili arasında mövcud əməkdaşlıq potensialının həyata keçirilməsi üçün qarşıdakı dövrdə iki ölkə arasında təmasların daha sıx davam etdirilməsinin, eləcə də hüquq-müqavilə bazasının möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.


Yazarlar