Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Gəncədə kişi bacısı qızını qaçıran gənci qətlə yetirib

  40
20:45 15-09-2018
Şriftin ölçüsünü dəyiş  

Gəncədə qətl hadisəsi törədilib. Paralel.az "Report"a istinadən xəbər verir ki, bir müddət əvvəl Daşkəsən rayonundan olan 20 yaşlı İsayev Asəf Gəray oğlu evlənmək məqsədilə Şəmkir rayon sakinini qaçırıb.

 

Bildirilir ki, bir neçə ay bundan öncə Daşkəsən rayonunun 20 yaşlı Almalı kənd sakini Asəf İsayev evlənmək məqsədilə Şəmkir rayonundan olan qızı qaçıraraq Daşkəsən şəhərində yaşayan nənəsigilə aparıb. Daha sonra qızın valideynləri ora gedərək mübahisə ilə qızı geri qaytarıblar. Lakin A.İsayev qızın ailəsinə bir-birilərini istədiyini bildirərək, razılıqlarını almaq istəyib. Amma qarşı tərəf yenə rədd cavabı verib.

 

İlkin məlumatlara görə, A.İsayev yenidən qızı qaçırıb. Buna görə, qızın Şəmkir rayonundan olan 39 yaşlı dayısı Qasımov Bahadur Əli oğlu Gəncə şəhərində yaşayan A.İsayevin qohumlarının yaşadığı ünvana gəlib və orada A.İsayevin boğazını kəsərək onu qətlə yetirib.

 

Hadisəni törədən şəxs saxlanılıb.

 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.


Yazarlar