Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Gömrükçülər xeyli siqaret müsadirə etdi

  46
18:00 15-09-2018
Şriftin ölçüsünü dəyiş  

Gürcüstandan Azərbaycana gələn şəxsin avtomobilində gömrük nəzarətindən gizlədilən siqaretlər aşkarlanıb.

Dövlət Gömrük Komitəsindən Paralel.az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan " Vaz 21061" markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.

Baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində nəqliyyat vasitəsinin salonundan, hər iki qabaq oturacağın altından və baqaj hissəsindən 4000 ədəd "Sobranie" markalı, aksiz markası olmayan siqaretlər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Yazarlar