Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Qərbi Kaspi Universitetində “Oriyentasiya Günü” +

  25
17:05 15-09-2018
Şriftin ölçüsünü dəyiş  

Qərbi Kaspi Universitetində birinci kurs tələbələrinin universitet həyatı ilə tanışlığı məqsədi ilə “Oriyentasiya Günü” keçirilib. 

 

 

Tədbirin rəsmi hissəsində universitetin rektoru, professor Andris Leitas bu ali təhsil ocağının keçdiyi tarixi yola nəzər salıb, Qərbi Kaspi Universitetinin Avropa standartları səviyyəsində, keyfiyyətli və şəffaf təhsilinin bu ali təhsil ocağının bugünkü yüksək nüfuzunu müəyyən etdiyini qeyd edib.

 

Rektor son illərdə tədrisin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən layihələr, proqram və infrastruktur yenilənməsi barədə məlumat verib, tələbələri təbrik edərək, onlara təhsillərində uğurlar arzulayıb.

 

Bildirilib ki, cari tədris ilində istifadəyə verilən yeni tədris binası ən yüksək standartlara uyğun olaraq qurulub, bina ən müasir auditoriya, laboratoriya və mərkəzlərlə, avadanlıqlarla təchiz olunub. Burada təhsilin keyfiyyətli təşkili üçün bütün imkanlar var.

 

Daha sonra çıxış edən Qərbi Kaspi Universitetinin “Fəxri Professoru”, dünya elmində ən yüksək sayılan “Aleksander fon Humboldt” mükafatının ilk azərbaycanlı laureate Məsud Əfəndiyev, Milli Məclisin deputatı, Qərbi Kaspi Universitetinin müəllimi Aydın Mirzəzadə, professor, universitetin Dizayn Məktəbinin müəllimi Elçin Əliyev və ingilis dili və ədəbiyyatı kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Maurus Roller və universitetin 2015-ci il məzunu, Mədəniyyət Nazirliyinin əməkdaşı Nərmin İsmayılova çıxış edərək tələbələri təbrik edib, onlara həyatlarının yeni mərhələsində uğurlar arzulayıb, Qərbi Kaspi Universitetində yaradılmış keyfiyyətli təhsil mühitindən və imkanlarından lazımınca istifadə etməyi tövsiyə ediblər.

 

Rəsmi hissədən sonra tələbələrin universitet binası, təhsil alacaqları Məktəb (fakültə) ilə tanışlığı və kiçik tanıtım dərsləri təşkil edilib.


Yazarlar