Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

İlham Əliyev: “Türkiyə nə qədər güclü olarsa, bir o qədər də Azərbaycan güclü olacaq”

  24
15:55 15-09-2018
Şriftin ölçüsünü dəyiş  

“Bizim birliyimiz hər bir sahədə özünü göstərir. O cümlədən,  hərbi sahədə bizim iş birliyimiz, əməkdaşlığımız dərinləşir. İl ərzində bir neçə  dəfə müştərək hərbi təlimlər keçirilir. 

Bu gün Azadlıq Meydanında Türkiyə və Azərbaycan ordularının əsgərləri yan-yana dayanıb və bu gün bizim önümüzdən onlar qardaş kimi keçəcəklər”.

Paralel.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakının azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda çıxışı zamanı deyib.

Ölkə başçısı qeyd edib ki, Türkiyə son illər ərzində çox böyük və şərəfli yol keçib.

“Əziz qardaşım Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə dünya miqyasında böyük gücə çevrilib. Türkiyənin iştirakı olmadan dünyada heç bir məsələ həll oluna bilməz.

Yaşadığımız bölgənin tarixi və bu günü bunu əyani şəkildə göstərir. Türkiyənin siyasi imkanları genişlənir, dünyadakı oynadığı rol artır və bu bizi çox sevindirir. Türkiyə nə qədər güclü olarsa, bir o qədər də Azərbaycan güclü olacaq”.


Yazarlar