Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Atatürk Hava Limanının köçürülməsinə start verildi

  25
14:50 15-09-2018
Şriftin ölçüsünü dəyiş  

İstanbulda inşa olunan yeni hava limanının istifadəyə verilməsi üçün hazırlıq işləri başa çatmaq üzrədir.

Paralel.az xəbər verir ki, artıq Atatürk Hava Limanının texnika və avadanlığının “İstanbul New Airport”a köçürülməsinə başlanılıb. Sentyabrın 14-də yola çıxan 20 ağır tonnajlı maşın mənzil başına çatıb.

Qeyd edək ki, “İstanbul New Airport”unun oktyabrın 29-da - Türkiyə Respublikasının qurulmasının 95-ci ildönümü günü istifadəyə verilməsi planlaşdırılır.

İstanbul valisi Vasip Şahin bildirib ki, Atatürk Hava Limanının köçürülməsində 5 mindən çox ağır tonnajlı maşından istifadə olunacaq.

“Türk Hava Yolları”nın (THY) baş direktoru Bilal Ekşi isə az əvvəl verdiyi açıqlamasında deyib ki, “İstanbul New Airport”undan ilk uçuş Azərbaycana həyata keçiriləcək.


Yazarlar