Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

BDU-nun "Gənc istedadlar" liseyində Bilik günü keçirilib +

  23
13:15 15-09-2018
Şriftin ölçüsünü dəyiş  

Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyində Bilik günü keçirilib. Universitetin rektoru, akademik Abel Məhərrəmov tədbir iştirakçılarını təbrik edib, liseyin qazandığı uğurlardan danışıb.

Bu il liseyi bitirən 52 şagirdən 11 nəfərinin qızıl medala layiq görüldüyünü diqqətə çatdıran rektor ali məktəblərə qəbul imtahanında 20 nəfərin 600-dan yuxarı bal topladığını, 7 nəfərin isə fərqlənmə attestatı aldığını söyləyib. Qeyd edib ki, liseyin məzunları arasında Almaniya, ABŞ, Türkiyə, Estoniya daxil olmaqla 11 xarici ölkənin ən nüfuzlu universitetlərinə daxil olanlar var. Sabahın alimləri müsabiqəsində 2 nəfər birinci, 8 nəfər isə ikinci yeri tutublar. Ümumilikdə müəyyən vaxtlarda sabahın alimləri müsabiqəsində 1-ci yeri tutan şagirdlər ABŞ-da Azərbaycanı təmsil ediblər. Rektorun sözlərinə görə, bütün bu göstəricilər Azərbaycan təhsilinin yüksək səviyyədə inkişaf etdiyini göstərir.

Liseyin direktoru, professor Qasım Hüseynov çıxış edərək bu il liseyin 5-ci sinfinə qəbul olunmaq üçün 900 şagirdin müraciət etdiyini vurğulayıb.

Liseyə qəbul imtahanında yüksək bal toplamış Əkbər Həbibullayev, valideynlər adından Ülviyyə Hüseynova, məzunlar adından isə liseyi qızıl medalla bitirmiş və BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinə daxil olmuş Rəvan Axundov çıxış ediblər.

 


Yazarlar