Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Etibar Məmmədovdan qocaman YAP-çıya CAVAB: “Yaşlanandan sonra qarışıq salırlar” – QALMAQAL

  34
12:10 15-09-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbaycan Milli İstiqlal Partiyasının lideri (AMİP) Etibar Məmmədov Kərim Kərimovun onun haqqında səsləndirdiyi fikirlərə münasibət bildirib.

Etibar Məmmədov Paralel.az-a açıqlamasında deyib ki, Kərim Kərimovla birinci dəfə 1995-ci ildə seçkilərdən sonra görüşüb.

 

“O vaxta qədər heç onu tanımırdım. O, nəyisə qarışıq salır. Mən Naxçıvana çox gedib-gəlmişəm. Burada gizli bir şey yoxdur. Ancaq Yeni Azərbaycan Partiyasının yaradılması  üçün Naxçıvana getməyimin mənə heç bir aidiyyatı yoxdur. Partiya yaratmaq təşəbbüsü ilə onların özləri çıxış ediblər və yaradıblar. O zaman isə  mənim ümumiyyətlə Kərim Kərimovun mövcudluğundan xəbərim yox idi.  

 

Mən onunla 1995-ci ildə deputat olandan sonra tanış olmuşam . O vaxta qədər isə onunla heç bir əlaqəm olmayıb. Onun dediyi dövrdə mənim haqqımda nəisə deməyə  əlində bir əsas yoxdur”.

O bildirib ki, Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti zamanındakı fəaliyyəti hamıya məlumdur.

 

“Əsas müxalifət partiyası olaraq biz hakimiyyətdə olanların fəaliyyətini tənqid də edirdik, fikrimizi də bildirirdik.  Ancaq bunların nə Kərim Kərimova, nə də Eyni Azərbaycan Partiyasına bir aidiyyatı var”.

E.Məmmədov qeyd edib ki, bəzi adamlar yaşlandıqdan sonra çox şeyi qarışıq salırlar.

 

Qeyd edək ki, YAP icra katibliyinin müşaviri, Siyasi Şuranın üzvü, məşhur “91-lər”dən olan Kərim Kərimov Paralel.az-a müsahibəsində deyib ki, Naxçıvana Yeni Azərbaycan Partiyasının yaradılması üçün Heydər Əliyevin yanına gedənlər arasında Etibar Məmmədov da vardı.

 

“Etibar Məmmədovun adı yadımdadır. O da gedənlər arasında idi. Onun partiyası olan Azərbaycan Milli İstiqlal Partiyası artıq yaranmışdı. Etibar Məmmədovun Naxçıvana getməkdə  məqsədi cəbhəçiləri necə yıxmaqdan ibarət idi”-deyə, K.Kərimov bildirib.

 

O həmçinin qeyd edib ki, Etibar Məmmədov cəbhəçiləri heç sevmirdi.

"Əgər sevsəydi, onları necə yıxmaq barədə niyə düşünərdi ki!"


Yazarlar