Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Rəşad Sadıqovla azarkeşlər arasında gərginlik  yaşandı

  39
22:30 14-09-2018
Şriftin ölçüsünü dəyiş  

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun açılış oyununun sonlarında "Qarabağ"ın kapitanı Rəşad Sadıqov və "Sumqayıt" azarkeşləri arasında gərginlik baş verib. Paralel.az "Report"a istinadən xəbər verir ki, buna 36 yaşlı müdafiəçinin əlinin son saniyələrdə cərimə meydançası daxilində topa toxunması səbəb olub.

 

Həmin epizodda top yerə yıxılan Sadıqovun əlindən meydanı tərk edib. Baş hakim İnqilab Məmmədovun penalti təyin etməməsindən qəzəblənən qapı arxasındakı "Sumqayıt" azarkeşləri təcrübəli oyunçuya etirazlarını bildiriblər. Onların etirazları oyundan sonra da davam edib. Bu zaman Sadıqov "Sumqayıt"ın bir neçə futbolçusu ilə birgə həmin fanatlara yaxınlaşaraq, onlardan sakit olmalarını xahiş edib. O, epizodda qayda pozuntusuna yol vermədiyini də izah etməyə çalışıb.

 

Qeyd edək ki, baş hakim İnqilab Məmmədovun idarə etdiyi görüş "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 1:0.


Yazarlar