Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

15 sentyabr -Paytaxt günü

  25
21:01 14-09-2018
Şriftin ölçüsünü dəyiş  

Bakını yenidən qaytarmaq, azad etmək lazımdır

 Yüz il bundan əvvəl yenicə müstəqillik əldə edən Azərbaycan Xalq Cumhuriyyəti Türk İslam ordusunun köməyi ilə Ənvər paşanın başçılığı altında Bakını bolşevik-daşnak, ingilis üçlüyünün işğalından xilas etdilər. Bu əlamətdar qələbə dövlətimizin tarixində müstəqillikdən sonra ən mühüm hadisələrdən biri kimi tarixin yaddaşına yazıldı. Elə bir tarix ki, üstündən yüz il keçsə də, xalqın yaddaşınada qəhrəmanlıq səlnaməsi kimi qalıb.

 Yazıya tarixi faktlarla başlasam da, məqsədim sonadək tarixi vərəqləmək deyil. Lakin mənə qaranlıq qalan, məni narahat edən bir bir məsələ var ki, onu oxucularımla bölüşmək istəyirəm. Nə üçün Bakının əsrin əvvəlində bolşevik-daşnak, ingilis işğalından xilas edilməsi kimi əlamətdar bir hadisə təqvimdə adi bir gün kimi göstərilir və buna dövlət səviyyəsində heç bir əhəmiyyət verilmir.? Halbuki, 15 sentyabr Bakının işğaldan xilası günü də, 28 may müstəqillik günü, ordu quruculuğunun yüz illiyi kimi əlamətdar tarixlərlə bir sırada olmalıdır, məncə. Onu da oxucularımın diqqətinə xüsusi olaraq çatdırmaq istəyirəm ki, həmin dövrdə də Bakının işğaldan xilas edilməsi, bugünkü qədər vacib idi. Bakı tarixin bütün dönəmlərində dövlətin starteji baxımdan ən çox önəm verdiyi bir məsələ olub. Çünki Azərbaycana sahib olmaq istəyən bütün quvvələr ilk növbədə Bakını ələ keçirməyə çalışırdılar. Bakıya yiyələnmək planları da müxtəlif olub. Osmanlı imperiyası, eləcə də  Azərbaycanın müstəqilliyi uğrunda mücadilə aparan milli qüvvələ də gözəl başa düşürdülər ki, Bakısız qazanılan müstəqillik bütöv ola bilməz.

Yuxarıda qeyd etdiklərim əbəs yerə deyil.

Çünki həqiqətən də Türk İslam ordusu və əlahiddə ordu bir az da geciksəydi, bəlkə də Bakını uzun müddətə itirəcəydik. Bu, xəstəni xəstəxanaya gec çatdırmağın ağır nəticəsi kimi bir hadisə ola bilərdi. Türk ordusu buna imkan vermədi. Bolşevik-daşnak birləşmələrinin Bakıda apardığı etnik təmizləmələrin qarşısını aldı. Türk ordusu erməni-daşnakların Bakı əhalisini təqib və deportasiya edərək, əvəzində şəhərdə rusları, erməniləri və digər millətləri məskunlaşırma siyasətinin də qarşısına sədd çəkdi.

Məni narahat edən əsas məsələ dövlətin xalqımızın bu uğurlarına biganə münasibətidir. Düzdür, dövlətimiz Xalq Cumhuriyyətinin yaranışını, uğurlarını, dövlətimizin müstəqilliyi uğrunda gördüyü işləri yüksək qiymətləndirir. Dünyanın müxtəlif yerlərində müstəqilliyimizin 100 illiyi geniş qeyd olunur, çoxsaylı tədbirlər keçirilir, bu tarixi hadisə geniş təbliğ olunur. Amma, mənə belə gəlir ki, bunların hamısı sanki pratakol xatirinə edilir. Xalq Cumhuriyyətinin 100 illiyi müstəqilliyimizin qələbəsi kimi qeyd olunsa da, nədənsə ölkəmizdə yüz illik qələbə abu-havası hiss olunmur.

 Sanki, artıq Bakı da bezib. Yaxud, Bakının bizlərə yazığı gəlir. Yorulub, əzilməkdən, sökülməkdən, bəzənməkdən yorulub.

Məcburi köçkünlərə, rayonlardan, kəndlərdən çörəkpulu ardınca ona pənah gətirənlərə qucaq açmaqdan, əcnəbilərin nazı ilə oynamaqdan bezib, yorulub. Mən belə gəlir ki, Bakını yenidən özünə qaytarmaq, onu əzən, sökən,  problemlərdən azad etmək lazımdır.

 Bu dəfə bolşeviklərdən, daşnaklardan deyil, yersiz yüklənmələrdən. Bunun isə müxtəlif yolları var. Bunun üçün "türk ordusuna" da ehtiyac yoxdur. Bunun üçün aqrar sənayeni, kənd təsərrüfatını inkişaf etdirməklə rayon və kənd camaatının öz yurd-yuvalarına qaytarmasına şərait yaratmaq lazımdır. Kəndçi çörəyini Bakının küçələrində deyil, kəndində tapmalıdır.

Məcburi köçkün və qaçqınların yurd-yuvalarına dönmələri üçün isə torpaqlarımız erməni tapdağından azad edilməlidir. Bəlkə onda Bakını geri, əvvəlki halına qaytara bilərik.

 Bəlkə o zaman keçmiş, indiki və gələcək uğurlarımıza səmimi qəlbdən sevinə bilərik. Necə deyərlər, torpaqları işğal altında olan millətin qəhrəmanı ola bilməz. Mən isə buna əlavə olaraq belə deyirəm-torpaqları işğal altında olan millətin nəinki qəhrəmanları ola bilməz, ümumiyyətlə ortaq sevinci də ola bilməz.

Millət nə qədər ki, bu problemlərdən qurtulmayıb, xalqın güzəranı istənilən səviyyədə deyil, heç kimin inkişafdan, uğurdan, nailiyyətlərdən danışmağa mənəvi  haqqı yoxdur. Ölkəmizin beynəlxalq imicinə dividentlər gətirsə belə. Əgər biz öz daxili imicimizi qoruya bilmiriksə, heç xarici imicimizə də qiymət verən olmayacaq.

M.Ə.Sabirin "Tülkü və qarğa" təmsilindəki kimi: "Olmasaydı cəhanda sarsaqlar, ac qalardı, yəqin ki, yaltaqlar".

Gözəl təriflərdən xoşhal olaraq ağzımızdakı pendiri altdan yuxarı bizə baxan ağzı sulu tülkülərə veririksə, inciməyin, Sabir əfəndi haqlıdır.

Nə qədər ki, "mən tox olum, cümlə -cahan batsada batsın" prinsipi ilə yaşacağıq, bir o qədər özümüzü təmsil qəhrəmanları sırasında görəcəyik. Nə qədər ki, özümüzü dünyaya alicənab kimi göstərib, taleyimizi yadların ixtiyarına verəcəyik, bizim iynədən fərqimiz olmayacaq. O iynə ki, "aləmə bəzər, özü lüt gəzər".

Yəqin təmsil qəhrəmanlarına çevrilə-çevrilə axırda təmsil kimi də düşünəcəyik ki, işğal altında olan torpaqlarımız böyüyüb "yekə kişi" olanda özləri işğal altından azad olub, geri qayıdacaq.

Yəqin ki, elə bu kimi səbəblər üzündən Bakının bolşevik-daşnak işğalından xilas olunmasının 100 illiyini də əhəmiyyətli bir hadisə hesab etmirik.

 Fikirləşir ki, 100 il keçsə belə biz hələ də Bakını tam xilas edə bilməmişik. Çünki Bakıya gedən yol 20% torpaqlarımızın düşmən tapdağı altında olan Dağlıq Qarabağdan keçir. Bu baş verərsə, onda tam müstəqil olduğumuzu da bəyan edə bilərik. İndiki halda isə bizə, yalnız arzu etmək qalıq. O gün olsun, işğal altında olan torpaqlarımızın alınmasının 100 illiyin qeyd edək.

Paytaxt gününüz mübarək Azərbaycan xalqı!

Yazarlar