Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Türk şəhidliyi” abidəsinin  açılışı olub

  12
20:30 14-09-2018
Şriftin ölçüsünü dəyiş  

Şamaxı rayonunda 130 türk şəhidinin şərəfinə ucaldılmış "Türk şəhidliyi" abidəsinin əsaslı təmir-bərpa işlərindən sonra açılış mərasimi keçirilib.  Paralel.az "Report"a istinadən xəbər verir ki, tədbirdə hər iki ölkənin rəsmi şəxsləri, qazilər, ziyalılar, Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri və Nuru Paşanın qardaşı nəvəsi xanım Arzu Ənvər Eroğan iştirak ediblər.

 

Restavrasiya işlərinə Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) maddi-mənəvi dəstəyi ilə bu ilin aprel ayında başlanılıb.

 

MÜSİAD-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Abdulrahman Uzun mərasimdə çıxış edərək Şamaxıda gördükləri işlərdən qürur duyduğunu söyləyib.

 

Arzu Ənvər Eroğan isə uzun illər boyu davam edən Azərbaycan və Türkiyə dostluğundan danışıb: “Bu gün burada olmaq çox gözəl bir hissdir. İki ölkə arasındakı dostluq, qardaşlıq hələ uzun zaman davam edəcək, bitməyəcək. Azərbaycan hər hansı bir problem yaşayarsa, həmişə olduğu kimi Türkiyə onun yanında olacaq”.


Yazarlar