Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Merkelin qurduğu koalisiya parçalanır

  14
18:15 14-09-2018
Şriftin ölçüsünü dəyiş  

Almaniya kansleri Anjela Merkelin qurduğu koalisiya miqrant problemi ilə əlaqədar parçalanma yaşayır.

Paralel.az Reuters agentliyinə istinadən xəbər verir ki, buna səbəb BFV-nin (Almaniyanın milli təhlükəsizlik xidməti) kəşfiyyat agentliyinin rəhbəri Hans Qeorq Maassenin kanslerin fikirlərinə zidd bəyanatlar verməsi olub.

Qalmaqal Maassenin Xemnits şəhərində sağ ekstremistlərin miqrantlara hücum etdiyi əks etdirən şəkillərin şübhə doğurduğunu bildirməsi ilə başlayıb.

Bu bəyanat kansler Merkelin şəkillərin “açıq –aydın nifrəti göstərdiyini” söyləməsi ilə ziddiyyət təşkil edib.

“Daha qətiyyətli kansler üçün bu hadisə onu vəzifəsindən azad etməyə kifayət edərdi” – Teneo Intelligence-in siyasi konsultantı ekspert Karsten Nikel bildirib. O həmçinin Massenin bir vaxtlar Merkelin Bavariyadakı mühafizəçi müttəfiqləri tərəfindən dəstəkləndiyini də qeyd edib.

İndi Merkel Bavariyadakı törəmə partiyası olan Xristian Sosialist İttifaqı ilə Sol Sosial Demokratlar arasında qalıb. Belə ki, birinci Maasseni dəstəklədiyi halda ikinci onun etibarını itirdiyini və getməli olduğunu tələb edir.

“Miqrasiya problemi sözsüz ki, onun müddətinin sonuna kimi Merkeli təqib edəcək” – ekspert qeyd edib.

Qeyd edək ki, Merkel tərəfindən vəzifəyə gətirilən Hans Qeorq Maassen kanslerin miqrantlara sərhədləri açması qərarında böyük rolu olub. Lakin o sonradan miqrantlar içərisində ölkəyə sıza biləcək terrorçu casusların ola biləcəyini və miqrantlara nəzarət problemləri yaşadığını bəyan edib. Daha sonra bu böhran Merkelin öz qərargah rəhbəri Meter Altmayeri Almaniyanın miqrant böhranına cavab üzrə məsul şəxsi etməsi ilə bir az da böyüdü. Belə ki, bununla da təhlükəsizlik əməkdaşlarının kanslerə birbaşa çıxış imkanı aradan qalxıb.

 

 


Yazarlar