Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

UNEC-də zəngin proqramlı “Oriyentasiya Günü” keçirilib +

  12
17:00 14-09-2018
Şriftin ölçüsünü dəyiş  

Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dünya ali məktəblərində yeni qəbul olan tələbələr üçün ənənəvi təşkil olunan “Oriyentasiya Günü”nü keçirilib. Tədbirin məqsədi I kurs tələbələrini universitet həyatı ilə tanış etmək, onlar üçün əyləncəli və pozitiv proqram təşkil etməkdir.

 

Bu barədə Paralel.az-a UNEC-dən məlumat verilib.

 

Bildirilib ki, Azərbaycan təhsil məkanında ilk dəfə olaraq məhz UNEC-də “Oriyentasiya Günü” əsas iştirakçısı tələbələr olan zəngin, maarifləndirici, əyləncəli, idman oyunları ilə zəngin formatda keçirilməyə başlanılıb.

 

UNEC-in bütün tədris binalarında keçirilən “Oriyentasiya Günü” zamanı I kurs tələbələrinə UNEC-in tarixi barədə məlumat verilib. Tədris prosesi, Elektron Universitet Modeli, ikili diplom proqramları və təqaüd imkanlarından söz açılıb. UNEC könüllülərindən ibarət məlumat və bələdçi xidməti tələbələri maraqlandıran suallara cavab verib, onlar üçün universitet ərazisində infoturlar təşkil ediblər. Tələbələr Elektron Universitet Modeli, Maliyyə laboratoriyası və İnnovativ Biznes İnkubatorunu (İBİ) maraqla qarşılayıblar. Tələbələrə bildirilib ki, onlar İnnovativ Biznes-İnkubatora müraciət etməklə, öz “start up” layihələrini reallaşdıra bilərlər.

 

Karyera Mərkəzinin əməkdaşları tələbələrə seçdikləri ixtisasın əhəmiyyəti, gələcək perspektivi, təcrübə və təqaüd proqramları haqda məlumat çatdırıb, onların peşəkar kadrlar kimi yetişmələri üçün tövsiyələr veriblər.

Xüsusi istedadı ilə seçilən tələbələr UNEC-in Yaradıcılıq Mərkəzinin vokal, instrumental ifa, rəsm, rəqs və bədii qiraət dərnəklərinə üzv ola bilərlər. “Radio UNEC”-də tələbələr universitet haqqında məlumatları, xəbərləri dinləyə bilərlər. Hər bir tələbə “Radio UNEC”-ə öz layihələrini, təkliflərini təqdim edə bilər.

 

Tələbələr gün ərzində idman zalları, yeməkxana və digər resurslarla da tanış olublar. “Oriyentasiya Günü”ndə UNEC tələbələrinin əl işlərindən ibarət rəsm sərgisi nümayiş etdirilib. Yaradıcılıq Mərkəzinin üzvləri musiqi nömrələri və rəqslərlə çıxış ediblər. I kurs tələbələri üçün universitetdə ilk gün stolüstü tennis, volleybol, “ip çəkmə” və intellektual oyunlarla davam edib.

 

Hər il olduğu kimi bu il həmçinin UNEC-ə yüksək bal toplayıb daxil olan tələbələrin sayı artıb. 2016-17-ci tədris ilində 291 tələbə 600-dən yüksək bal toplayaraq UNEC-ə daxil olmuşdusa, bu il 347 tələbə bu nailiyyətə imza atıb.


Yazarlar