Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

"Təfəkkür Universiteti fəaliyyətini davam etdirir” - PROREKTOR

  14
16:00 14-09-2018
Şriftin ölçüsünü dəyiş  

“Bizə köçürülmə istəyilə müraciət edən tələbə olmayıb”

Paralel.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlaması zamanı Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetinin prorektoru İlham Musayev deyib.

Onun sözlərinə görə, digər ali məktəblərdə olduğu kimi,  burada da dərslər sentyabrın 17-dən başlayacaq:

“Köçürülmə prosesinin xüsusi qaydaları var. Tələbə köçürmələri Təhsil Nazirliyinin əmri ilə iyulun 5-dən 20-nə qədər davam edib. Universitetdə hər şey qaydasındadır, dərs cədvəlləri hazırlanıb. Bir sözlə, Təfəkkür Universiteti fəaliyyətini davam etdirir”.

Xatırladaq ki, Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universiteti 2016-cı il oktyabr ayının 11-də Təhsil Nazirliyinə müraciət edərək, universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirib. Universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini nəzərə alaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi “Təfəkkür” Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017-2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib.


Yazarlar