Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Gürcüstanda heyvanlara işgəncə verənlər həbs olunacaq

  11
15:25 14-09-2018
Şriftin ölçüsünü dəyiş  

Gürcüstanda heyvanlara qarşı qəddar davranış və işgəncəyə görə cəza qanunvericilik səviyyəsində sərtləşdirilib.

 

Paralel.az “Sputnik Gürcüstan” nəşrinə istinadən xəbər verir ki, yeni qanun layihəsində qəddar davranış və işgəncəyə görə pul cəzası, ev həbsi və hətta azadlıqdan məhrum etmə də nəzərdə tutulub.

Bu barədə danışan Tiflis meri Kaxa Kaladze qanun layihəsinin hazır olduğunu və tezliklə parlamentin müzakirəsinə çıxarılacağını bildirib.

 

“Çox təəssüf ki, son zamanlar soyuq, pnevmatik və odlu silahdan istifadə ilə heyvanlara qarşı bir neçə işgəncə halları qeydə alınıb. Məhz belə hallar üzündən, Heyvan İzləmə Agentliyinin təşəbbüsü ilə Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində qanunvericilikdə dəyişikliklər paketi hazırlanmışdır” – Kaladze bəyan edib.

 


Yazarlar