Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Nigar İsmayılqızı dəfn edildi

  99
14:40 14-09-2018
Şriftin ölçüsünü dəyiş  

Xəbər verdiyimiz kimi leykoz (qan xərçəngi) xəstəliyinin ağır formasından əziyyət çəkən tanınmış jurnalist-yazıçı Nigar İsmayılqızı vəfat edib.

 

Paralel.az saytı vaxtsız dünyasını dəyişən Nigar İsmayılqızının ailəsi ilə əlaqə saxlayıb.

 

“Nigar çox çalışqan, bacarıqlı qız idi. Onu vaxtsız itirdiyimizə görə çox üzülürük. Gənc yaşda o qədər arzuları var idi ki! Onun xəstəliyi də qəfil baş verdi. Türkiyəyə getmişdi. Ordan çox sevincli qayıtmışdı. Dişində problem yarandığı üçün həkimə müraciət etdi. Dişini çəkdirəndən sonra xəstəlik üzə çıxdı. Xərçəng qanında sürətlə irəliləməyə başladı. Heç bir tibbi müdaxilə də kömək etmədi. Qısa zamanda Nigarı  itirməli olduq”-deyə ailəsi bildirib.

 

Qeyd edib ki, artıq Nigarı dəfn ediblər.

 

“Nigarı bu gün dəfn etməli olduq. Sabunçu qəbiristanlığında dəfn etdik”

Qeyd edək ki, ki, Nigar İsmayılqızı sentyabrın 3-də Türkiyənin Hacəttəpə xəstəxanasına yerləşdirilmişdi.

Ölkənin bir çox ziyalıları dövlət rəhbərliyinə, iş adamlarına və ictimaiyyətə müraciət edərək, N.İsmayılqızına dəstək kampaniyası başlatmışdılar.

 

Nigar İsmayıl qızı İsmayılova 1984-cü il sentyabrın 13-də Şabran şəhərində doğulub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Odlar Yurdu Universitetinin Jurnalistika fakültəsində müəllim işləyib. AzTV, ATV və digər KİV-lərdə çalışıb. 2015-ci ildə Türkiyənin İstanbul şəhərinə köçüb və orada da televiziya sahəsində işləyib.


Yazarlar