Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycanda ilk: Deputat aşağı bal toplayan tələbələrlə görüşdü +

  13
10:05 14-09-2018
Şriftin ölçüsünü dəyiş  

Milli Məclisin deputatı Tahir Mirkişili Sumqayıtda ali məktəblərə 300-dən az bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olan məzunlarla onların tədris prossesində daha yüksək nəticə göstərmələrini təşviq etmək məqsədilə görüş keçirib.

Paralel.az xəbər verir ki, bu günə qədər ölkəmizdə ancaq yüksək bal toplayan abituriyentlərlə görüş keçirilir və bu, ənənə halını alıb.

Elə görüşdə də deputat  bu məsələyə diqqət çəkib və bildirib ki, bu gün Azərbaycanda gənclər üçün yaradılan şərait dünyanın heç bir ölkəsində yoxdur:

“Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu məqsədlərdən  biri də neft kapitalının insan kapitalına çevrilməsidir. Bu istiqamətdə uğurlu nəticələr var. Çağdaş zamanda  Azərbaycan gəncinin səsi dünyanın ən qabaqcıl universitetlərindən gəlir”.

Görüşdə həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadiyyatın və texnologiyaların sürətli inkişafından danışan Tahir Mirkişili dünyada baş verən 4-cü sənaye inqilabı şəraitində gələcəyə yönəlik ixtisaslı kadrlara böyük ehtiyac duyulduğunu xüsusi vuğulayıb.

T.Mirkişili müasir dünyada əsas tələbin diploma deyil, yüksək bilik və bacarıqlara olduğunu, bunun üçün isə gənclərin tədris müddətində müasir biliklərə sahib olmalarının zəruriliyini gənclərin diqqətinə çatdırıb.

“Aşağı bal göstəriciləri sizi ruhdan salmamalıdır. Dünya xeyli sayda uğurlu insanlar var ki, universitetlərə yüksək balla daxil ola bilməyiblər. Ancaq sonradan onlarınideyaları və innovativ fəaliyyəti çox uğurlu olub. Buna görə də siz universitetdə oxuduğunuz illərində daha əzmkar olmalısınız. Yeni ideyalara sahib olmalısız. Yaradıcı olmalısınız. Daim öz üzərinizdə çalışıb bilik və bacarıq əldə etməlisiniz. Belə olacaqsa heç şübhəsiz ki, böyük uğurlara imza atmış olacaqsınız. Müasir Azərbaycan gəncliyi bütün sahələrdə inanılmaz şəkildə əzmkardır və sizlərdən bu istiqamətdə böyük gözləntilər var”.

Azərbaycan ali məktəblərində yaradılan müasir şəraitdən danışan deputat, Sumqayıt şəhərində sənayenin inkişafına diqqət çəkərək, gənclərin də ixtisas seçimində və karyera məsələlərində buna xüsusi diqqət yetirmələrini vurğulamış və onlara irəlidəki tədris ilində uğurlar arzulayıb.

Sonda tələbələrə innovativ hədiyyələr təqdim olunub.

 

 


Yazarlar