Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bakının qurtuluş günü ilə bağlı konsert keçiriləcək

  17
10:05 14-09-2018
Şriftin ölçüsünü dəyiş  

Sentyabrın 15-də Heydər Əliyev Mərkəzinin parkında Bakının azad edilməsinin 100 illiyinə həsr olunan konsert keçiriləcək.

 

Paralel.az xəbər verir ki, konsert proqramında Azərbaycanın estrada müğənniləri və musiqi qrupları, həmçinin Türkiyənin məşhur “Anadolu atəşi” rəqs qrupu çıxış edəcək.

 

Konsert proqramında vətənə, Bakıya sevgini, Azərbaycan-Türkiyə qardaşlığını vəsf edən, eləcə də populyar mahnılar təqdim olunacaq.

 

Tədbirdə Azərbaycanın xalq artistləri Aygün Kazımova, Eyyub Yaqubov, əməkdar artistlər Lalə Məmmədova, Tünzalə Ağayeva, Sevda Ələkbərzadə, Səbinə Babayeva, həmçinin tanınmış ifaçılar Natavan Həbibi, Ceyhun Zeynalov, Murad Arif, “Qaya” və “Rast” qrupları çıxış edəcəklər.  Türkiyənin məşhur “Anadolu atəşi” qrupu əsrarəngiz rəqslərlə gecəyə xüsusi rəng qatacaq.

 

Tədbir 20:00-da başlayacaq. Konsertə giriş sərbəstdir.


Yazarlar