Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Moskvaya uçan təyyarənin kapitanı infarkt keçirdi

  34
22:50 13-09-2018
Şriftin ölçüsünü dəyiş  

Moskvanın “Vnukovo” hava limanına yaxınlaşmaqda olan Suriya aviaşirkətinə məxsus “Airbus” sərnişin təyyarəsinin kapitanı miokard infarktı keçirib. Bununla bağlı təyyarə heyəti yerə SOS siqnalı yollayıb. Paralel.az xarici mediaya istinadən xəbər verir ki, ikinci pilot təyyarəni özünün yerə endirəcəyi ilə bağlı məlumat verdikdən sonra hava gəmisinin ehtiyat aerodromda deyil, elə “Vnukovo”da enişi barədə qərar qəbul edilib.

 

Eniş normal şəraitdə həyata keçirilib, sərnişinlər arasında xəsarət alan yoxdur. Təyyarənin kapitanı miokard infarktı diaqnozu ilə Moskva xəstəxanalarından birinə çatdırılıb.

 

Qeyd edək ki, Suriyadan Rusiya paytaxtına aviareyslər Azərbaycanın hava məkanı vasitəsilə həyata keçirilir.


Yazarlar