Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bakının azad olunmasının 100-cü ili ilə bağlı konfrans

  35
20:45 13-09-2018
Şriftin ölçüsünü dəyiş  

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 1918-ci il 15 sentyabrda Bakının düşmən işğalından azad olunmasının 100 illiyinə həsr olunan konfrans keçirib. Şuradan Paralel.az-a verilən məlumaa görə, Şuranın icraçı direktoru Fərasət Qurbanov Bakının işğaldan azad olunması hadisəsinin XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olduğunu deyib.

F. Qurbanov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti1918-ci ilin iyunun 4-də Osmanlı imperatorluğu hökuməti ilə dostluq müqaviləsi imzalayır.

Sənəddə qeyd olunurdu ki, “ölkənin təhlükəsizliyini təmin etmək üçün, əgər ehtiyac olarsa, Osmanlı hökuməti Azərbaycan Respublikasına hərbi yardım göstərməyi öz üzərinə götürür”.

 

Osmanlı hökuməti üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək yenicə yaranan qardaş Azərbaycan dövlətinə hərbi yardımını əsirgəmir. 1918-ci ilin iyunundan Qafqaz İslam Ordusu ərazilərimizin işğaldan azad edilməsi istiqamətində hərəkətə keçir. 1918-ci il sentyabrın 15-də Qurban bayramı günündə Bakı işğalçılardan azad edilir.

 

İcraçı direktor bildirib ki, 1918-ci ilin sentyabrında Bakı azad edilməsəydi, bu şəhərin indi Azərbaycanın paytaxtı olması sual altında qalardı. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Bakıya köçməsilə dövlətimizin qarsısındakı böyük təhlükə sovuşmuş oldu. Bakının xilası, onun milli şəhər simasının bərpa edilməsi Azərbaycan adlı dövlətin əbədi varlığına hesablanmış tarixi zəfər idi. Bakının azad edilməsi zamanı şəhid olanların ruhu qarşısında bizlər hər zaman borcluyuq. F.Qurbanov həmçinin, deyib ki, Azərbaycan xalqının döyüşkənlik ruhu bu gün də yüksəkdir və cənab Ali Baş Komandanın əmri olacağı təqdirdə işğal altında olan torpaqlarımızı düşməndən azad etməyə hazırdır.

 

"Qafqaz İslam Ordusu: missiyası və əhəmiyyəti" mövzusunda məruzə ilə çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova bildirib ki, 100 ildən artıq müddətdə ordusu olmayan, hərbi xidmətə çağrılmayan xalq daşnaq-bolshevik qoşunlarına qarşı vuruşa-vuruşa özünə ordu qurdu. Qafqaz İslam Ordusunun qurulması eyni zamanda türk-müsəlman əhalinin məruz qaldığı soyqırımı da dayandırmış oldu. 14 sentyabrdan başlayaraq 36 saat savaşdan sonra Bakı işğaldan azad olundu: “Təsadüfi deyilki, Bakısız Azərbaycan başdız bədənə bənzədilirdi. Bu bir daha Bakının Azərbaycanın üçün nə qədər mühüm əhəmiyyət daşıdıgını göstərir”.

 

AMEA-nın Qafqazşünaslıq İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə isə konfransda “Bakının işğaldan azad edilməsinin tarixi əhəmiyyəti” mövzusunda məruzə edib. E. Kəlbizadə deyib ki, Azərbaycan Milli Şurası, aydınlarımız dövlətimizin varlığı üçün Azərbaycana milli mənafe baxımdan ən yaxın dövlətlə qardaş Osmanlı dövlətiylə əməkdaşlığa getdilər və bununla da Azərbaycanın müstəqilliyini, ərazilərinin işgaldan azad olunmasını təmin etdilər: “Bakı işğaldan azad olunduğuna və milli hökumətimiz bura köçdüyünə görə birinci dünya müharibəsinin qaliblərindən olan ingilislərin hərbi birləşmələri paytaxtımıza gələndə Cümhuriyyəti de-fakto qanuni hökumət kimi qəbul etməli oldular. Qafqaz İslam Ordusunun bu zəfərini, tarixi xidmətini unutmaq mümkün deyil”.

 

Filmin rejissoru Elşən Qəni bildirib ki, film o dövrün ən az tədqiq olunmuş hadisəsinə, Azərbaycan tarixinin çox şanlı səhifələrindən birinə - Müsüslü döyüşlərinə həsr olunub.

 

Filmin ideya müəllifi olan Şura üzvü Sahib Məmmədov deyib ki, Şuranın maliyyə dəstəyilə Vətəndaş Təşəbbüsləri və İnsan Hüquqları İctimai Birliyinin “Bakının düşmən işğalından azad olunmasına açılan yol: Müsüslü döyüşü” adlı layihə çərçivəsində hazırlanan bu film XX əsr tariximizin mühüm bir səhifəsinin qaranlıq məqamlarının aradan qaldırılmasına və obyektiv həqiqətlərin təbliğinə həsr edilib: “48 gün davam edən Müsüslü döyüşü nəinki o vaxtkı Cümhuriyyət dövrünün, həm də bugünkü Azərbaycanın taleyində çox mühüm əhəmiyyət kəsb edib”.

 

Konfransda “Qələbəyə gedən yol – Müsüslü döyüşləri” adlı sənədli filmin nümayişi keçirilib.

 

General-leytanat Yaşar Aydəmirov, QHT rəhbərləri Akif Nağı, Niyaməddin Orduxanlı, Etibar Məmmədov, Umud Rəhimoğlu, Aqil Camal, Fariz Xəlili və digər şəxslər tariximizin hər zaman qürurla xatırlanan dövrünə həsr olunan bu filmin izləyicilər, xüsusilə gənc nəsil üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirərək Şuraya və yaradıcı heyətə təşəkkürlərini bildiriblər.


Yazarlar