Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Kərəm dayının "bildiriş günü"

  44
20:38 13-09-2018
Şriftin ölçüsünü dəyiş  

17 sentyabr nəm də Kərəm dayıların günüdür

 

Bəli, artıq yeni dərs ilinin başlanmasına sayılı günlər qalır. 15 sentyabr 2018-ci il tarixi yeni dərs ilinin başlanması ilə bərabər, eyni zamanda bu əsərin baş qəhramanlarının bilik günü kimi qeyd olunacaq. Yeri gəlmişkən, bu münasibətlə bütün şagird və abitriyentləri təbrik edirəm, onlara gələcək həyatlarında uğurlar diləyirəm. İstəyirəm ki, həyatlarının hər bir anında sözün həqiqi mənasında əsas qəhramanlardan olsunlar. Keçək mətləbə.

 

Son günlər bu il birinci sinifinə gedəcək şagirdlərin "Bilik Günü"nün sentyabrın 15-i yaxud 17-də keçiriləcəyi ilə bağlı valideynlər arasında bir sıra anlaşılmazlıqlar yaranıb. Bu anlaşılmazlıqlardan xəbər tutan Təhsil nazirliyinin əməkdaşları məsələyə aydınlıq gətiriblər. Nazirliyin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov belə deyib; "Bilik Günü"nün sentyabrın 17-də qeyd edilməsi döğru deyil. Çünki təhsil naziri Ceyhun Bayramovun əmrinə əsasən, ictimaiyyət nümayəndələri, sabiq məzunlar, müharibə iştirakçıları və veteranları, tanınmış təhsil və incəsənət xadimlərinı dəvət etməklə orta məktəblərdə "Bilik Günü" sentyabrın 15-də keçirilməsi qərara alınıb. Sentyabrın 15-i şənbə gününə təsadüf etdiyinə görə, beş günlük tədris həftəsi tətbiq olunan bütün məktəblilər, xüsusilə də birinci sinif şagirdləri həmin gündə, yəni 15 sentyabr günü məktəbə gələrək, müəllimləri, sinif otaqları, dərs cədvəli ilə tanış olmalıdılar. Beləliklə qərara alınıb ki, 17 sentyabr 2018-ci il Azərbaycanda ilk dərs günü olacaq".

Bizim bugünkü mövzumuzun adı ənənəyə sadiq olmadığı kimi, məğzi də qeyri- adidir. Barəsində bəhs edəcəyim qəhramanın bilik gününə qismən aidiyyatı var. Bu insanlar əsas qəhramanların, yəni  şagirdlərin uğuruna və kədərinə şərik çıxan pərdəarxası, görünməyən obrazlar kimidirlər. O kəslər ki, hər zaman arxa planda qalırlar. Bəli, onlar bizim valideynlərimiz və eyni zamanda dayağımızdırlar. Bizlər müxtəlif bədii əsərlərdə əsas qəhrəmanların hər zaman ön planda göstərlməsinə öyrəşmişik. Lakin nədənsə, heç vaxt hansısa bir epizodik obrazlarda olanların həyatı ilə maraqlanmırıq. Beləliklə, istəyirəm, unudulan və yaxud da xatırlanmayan surətlərdən danışım. Onlar valideynlərdir.

Bu yaxınlarda təsadüfən qohumlarımdan biri ilə  rastlaşdım. Qohumun adı Kərəmdir. Kərəm dayı ilə xeyli vaxtdır görüşmədiyimizə görə, dərdləşib, söhbətləşməyimiz vaxt baxımından bir az uzun çəkdi. Gündəlik həyatımızda rastlaşdığımız problemlərdən danışdıq. Onu da deyim ki, söbət əsnasında ən çox dinləyən tərəf mən oldum. Çünki, dinləməyə dəyərdi. Kərəm dayı rəsmi iş yeri olmayan çoxuşaqlı atadır. Çox çətinliklə böyüdür balalarını. İşlədiyi özəl yerdə belə müqavaviləsi yoxdur. Aldığı məvacib gündəlik dolanışığı güclə təmin edir. Onun özünün təbirincə desək, qarşıdan bəlli gün -15 sentyabr gəlir. Kərəm dayı deyir ki, məktəbli geyimləri və digər ləvazimatların alınması üçün təxmini hesablayanda orta hesabla götürsək bir şagirdi bütün əşyalarla təmin etmək və məktəbə normal şəkildə yola salmaq üçün 300-350 manatından keçməlisən. Bunu hər kəs bilir. Hələ ailə çoxuşaqlıdırsa, siz təsəvvür edin ki, bu çətinliyin qarşısında aciz qalan yazıq Kərəm kimi atalar necə çıxılmaz duruma düşürlər. Oxucular arasında bəlkə də Kərəm dayını qınayanlar da var ki deyirlər, "ay çoxuşaqlı ata, ay kasıb insan sənə lazımdırmı bu qədər külfətə sahib olmaq?" Düzdür, belə fikirlərin nə qədər doğru olub -olmadığını deyə bilməsəm də, ancaq bildiyim bir şey var ki, övladı da, onun ruzisini də yetirən Allahdır. Əgər belədirsə, bizlər niyə həmin o ruzinin gəlib sahibinə çatmasını həsrətlə gözləyirik? Bircə düşünməyin ki, mən ateistəm. Əsla! Mən də sizin kimi əqidəsi düz, Allahı sevənlərdənəm. Sadəcə anlaya biımirəm ki, yeri-göyü, kainatı yaradan qüvənin istəklərinə və Onun qoyduğu qanunları pozmaqla bu insanlara, bu xalqa laqeyd yanaşma nə üçündür? Bu yanaşmalardan bəhrələnən kimlərdir? Niyə bu gün kasıbın ruzisin gerçəkdən Allahın yetirdiyinə inamı azalmalıdır? Niyə biz qışda dükanlarda yay paltarları, yayda isə əksinə qış geyimləri axtarmalıyıq? Niyə biz digər millətlər kimi yayımızı, isti hava şəraitindən uzaqlaşıb hansısa bir sərin məkanlarda, yerlərdə, yaxud xarici ölkələrin birində dincəlməyimiz barədə deyil, məhz 15 sentyabrın qayğılarını düşünməliyik? Amma ümid sonda itir deyiblər. Bu isə hələ son deyil. Ümid edirəm ki, Kərəm dayı da bu suallara nə vaxtsa cavab tapacığına inanır. Hələlik bir sualın cavabı tapılıb. Bilirsiniz, Kərəm dayı 15 sentyabr gününü "bilik günü" yox, niyə məhz "bildiriş günü" adlandırıb? Ona görə ki, vaxtı ilə baş qəhrəman olan ikinci dərəcəli pərdəarxası qəhrəmanlar indi çalışırlar ki, onların yaşadıqları həyatı heç olmasa özlərindən sonraki nəsil təkrarlamasın. Deməli, bu gün həm də Kərəm dayının günüdür. 15 sentyabr Kərəm dayı kimilər üçün həm də bildiriş günüdür. Nə etmək olar?- onların da qismətinə bu taleyi yaşamaq yazılıb. Qismət Allahdandır. Allah köməyin olsun Kərəm dayı!

Yazarlar