Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Ketchi” şirkəti Qida Təhlükəsizliyi Agentliyinin iradları ilə razıdır? - AÇIQLAMA

  12
17:05 13-09-2018
Şriftin ölçüsünü dəyiş  

Qida Təhlükəsizliyi Agentliyi “BMS Aqro” MMC tərəfindən istehsal olunmuş və satış şəbəkələrində “Ketchi” əmtəə nişanı altında satılan “Qarabağ motal pendiri” və şor məhsulunun satışının dayandırılması ilə bağlı xəbərdarlıq edib. Agentlik bildirib ki,

aparılan müayinələr nəticəsində həmin məhsullarda bakterioloji çirklənmə faktı aşkar olunub.

 

Məsələ ilə bağlı “Ketchi”dən Paralel.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xəbərdarlıq alıblar:

“Şirkətin “Uyğunluq” və “Gigiyenik” sertifikatlarının müddəti bitib. Bununla əlaqədar Qida Təhlüəsizliyi Agentliyilə şirkətimiz arasında anlaşılmazlıq olub. Keçi südündən nümunələr götürülüb və laboratoriyaya göndərilib. Hazırda məhsullarımızı vitrinlərdən yığırıq ki, müştərilərimizlə də hər hansı problem yaşamayaq. Məhsullarımız laboratoriyadadır və cavabları gözləyirik”.

Eyni zamanda bildirilib ki, şirkət “Uyğunluq” və “Gigiyenik” sertifikatların yenilənməsilə bağlı sənədləri Qida Təhlükəsizliyi Agentliyinə təqdim edib.

 


Yazarlar