Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Skripalı zəhərləməkdə şübhəli bilinənlər: “Biz QRU agenti deyilik”

  12
14:45 13-09-2018
Şriftin ölçüsünü dəyiş  

Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) polkovniki Sergey Skripalı və onu qızı Yuliya Skripalı “Noviçok” maddəsi ilə zəhərləməkdə şübhəli bilinən Aleksandr Petrovla Ruslan Başirov danışıb.

Paralel.az saytının onlar “Sputnik”ə müsahibəsində deyiblər ki, QRU əməkdaşı deyillər.

 

Xatırladaq ki, Böyük Britaniyanın baş naziri Tereza Mey S.Skripal və qızının zəhərlənməsində rəsmən Rusiyanı ittiham edib. Onun sözlərinə görə, əməliyyat, çox güman, Kreml tərəfindən razılaşdırılıb.

 

"Rusiya Baş Kəşfiyyat İdarəsinin sabiq polkovniki Sergey Skripal və qızı Yuliyanın Böyük Britaniyanın Solsberi şəhərində zəhərlənməsi işi üzrə şübhəli şəxslər Rusiya hökumətinə məlumdur".

 

Bunu isə Rusiya prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunun plenar iclasında bildirib.

Onun sözlərinə görə, bunlar mülki şəxslərdir. Dövlət başçısı onları ortaya çıxmağa və KİV ilə ünsiyyət qurmağa çağırıb.

 

Bu ilin martın əvvəlində 66 yaşlı keçmiş polkovnik qızı ilə birlikdə Solsberi ticarət mərkəzində olarkən özünü qəfildən pis hiss edib. Sonradan onların "Noviçok" maddəsi ilə zəhərləndiyi məlum olub. 

 

 

 


Yazarlar