Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Mingəçevirdə nişana gedən qonaqlar zəhərləndi

  34
22:10 12-08-2018
Şriftin ölçüsünü dəyiş  

Mingəçevirdə məclisdə mədə bağırsaq pozuntusu keçirən 7 nəfər xəstəxanaya yerləşdirilib. Paralel.az ”Report”a istinadən xəbər verir ki, hadisə Günəşli yaşayış massivində keçirilən nişan mərasimində baş verib. Belə ki, qonaqlar arasında kütləvi mədə bağırsaq pozuntusu yaşanıb. Halı pisləşən 10-a yaxın məclis iştirakçısı xəstəxanaya çatdırılıb. Həmin şəxslərdən durumu daha ciddi olan 7-si xəstəxanaya yerləşdirilib. Onlar aşağıdakılardır:

 

Aşurov Osman Şahlar oğlu 2004-cü il təvəllüdlü Mingəçevir şəhər sakini

 

Aşurova Xumarə Anar qızı 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini

 

Aşurova Mətanət Ramiz qızı 1982-ci il təvəllüdlü Ağdaş rayon sakini

 

Aşurova Səidə Şahlar qızı 2003-cü il təvəllüdlü

 

Nəbiyeva Zinyət Ələddin qızı 1961-ci il təvəllüdlü Mingəçevir şəhər sakini

 

Mirzəliyeva Şəfa Elnur qızı 1952-ci il təvəllüdlü Mingəçevir şəhər sakini

 

Mirzəliyeva Şəfəq Təhməz qızı 2014-cü il təvəllüdlü Mingəçevir şəhər sakini

 

Əldə edilən ilkin məlumata görə qonaqlarda mədə pozuntusu ” Paytaxt “salatından istifadə olunandan sonra baş verib.

 

Faktla bağlı araşdırma aparılır.


Yazarlar