Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Nabran bələdiyyəsinin sədri 2500 manat cərimələndi - VİDEO

  37
20:50 12-08-2018
Şriftin ölçüsünü dəyiş  

Nabran ərazisində meşə ətrafı sahənin məişət tullantıları ilə çirkləndirilməsi və tullantıların qalaqlanması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan və sosial şəbəkədə yayılan video məlumat dərhal Nazirliyin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Paralel.az-a verilən məlumata görə, məişət tullantılarının qalaqlandığı ərazinin Nabran bələdiyyəsinə məxsus olduğu müəyyən edilib. Əraziyə baxış zamanı 500 m2 sahənin tullantılarla çirkləndirildiyi faktı təsdiqini tapıb. Zibillik sahə operativ olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əmədaşlarının nəzarəti ilə Nabran bələdiyyəsi tərəfindən təmizlənib.

 

Tullantıların idarə olunması qaydalarının pozulmasına görə akt və protokol tərtib olunaraq Nabran bələdiyyəsinin sədri Qutrət Qədimov vəzifəli şəxs qismində 2500 manat məbləğində cərimə edilib. Gələcəkdə belə hallara yol verilməməsi üçün ona icrası məcburi olan məcburi göstəriş verilib.

 

ETSN ətraf mühitin qorunması, təbiəti mühafizə və tullantıların idarə olunması sahəsində əsil vətəndaş mövqeyi nümayiş etdirərək Nazirliyin işinə dəstək göstərən hər bir şəxsə təşəkkürünü bildirir.    


VIDEO

Yazarlar