Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı vəfat edib

  28
13:30 12-08-2018
Şriftin ölçüsünü dəyiş  

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vidiadxar Suracprosad Naypol 85 yaşında vəfat edib.

 

Paralel.az xəbər verir ki, bu barədə “Press Association” agentliyi məlumat yayıb. Naypolun həyat yoldaşı zəngin yaradıcılıqla dolu ömür sürən yazıçının onu sevən insanların əhatəsində vəfat etdiyini söyləyib.

Xatırladaq ki, V.S.Naypola 2011-ci il oktyabrın 12-də Azərbaycan Dillər Universitetinin fəxri doktoru adı verilib. O, həmin il Bakı Beynəlxalq Forumunda da fəal iştirak edib.

Hind əsilli ingilisdilli yazıçı V.S.Naypol 1932-ci ildə Trinidad və Tobaqo Respublikasının Çaquanas şəhərində anadan olub.

Onun ilk kitabı “Migel küçəsi” Trinidad və Tobaqonun paytaxt küçələrində baş verən hadisələri əhatə edən hekayələr toplusudur. Yazıçıya şöhrət gətirən əsər jurnalist atasının xatirələri əsasında yazdığı “Cənab Bisvas üçün ev” romanıdır. Əsər müxtəlif dillərə tərcümə edilib. V.S.Naypol həm də “Əldəqayırma”, “Partizanlar” romanlarının müəllifidir. Onun roman, povest və hekayələrinin dəyişməz mövzusu var. Bu mövzu insanların yeni şəraitə uyğunlaşmaq uğrunda apardıqları mübarizəni əks etdirir.

V.S.Naypol 1971-ci ildə “Azad ölkədə” romanına görə Buker mükafatına, 2001-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb. Bundan əlavə, o, müxtəlif illərdə çoxsaylı ədəbi mükafatlar qazanıb. 2008-ci ildə “Times” qəzetində V.S.Naypol 1945-ci ildən bəri 50 ən böyük Britaniya yazıçısı siyahısında 7-ci sırada təsnif olunub.


Yazarlar