Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Merkel Avropadakı qaçqın qəbulu sistemini tənqid edib

  26
12:45 12-08-2018
Şriftin ölçüsünü dəyiş  

Almaniya kansleri Angela Merkel bildirib ki, onun fikrincə, Avropa İttifaqında (Aİ) qaçqınların qəbulu sistemini tənzimləyən Dublin reqlamenti işləmir.

 

Paralel.az “Report”a istinadən xəbər verir ki, o bunu İspaniyanın baş naziri Pedro Sançeslə danışıqlardan sonra deyib.

 

Merkel həmçinin qeyd edib ki, Aİ-də miqrasiya böhranının uğurla tənzimlənməsi üçün bütün tərəflərlə, yəni həm qaçqın qəbul edən ölkələrlə, həm də miqrantları öz ərazisindən keçirib Avropaya ötürən və onların qaçqın düşdüyü dövlətlərlə fəal danışıqlar aparmaq lazımdır.

 

"Afrika haqqında danışmağımız kifayət etmir, biz Afrika ilə danışmalıyıq", - deyə o bildirib.


Yazarlar