Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Xəzəryanı dövlətlərin XİN rəhbərləri müzakirələr apardı

  41
00:10 12-08-2018
Şriftin ölçüsünü dəyiş  

Beşinci Xəzər sammiti ərəfəsində Aktauda Qazaxıstan tərəfinin sədrliyi ilə Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müşavirəsi keçirilib. Paralel.az "Report"a istinadən xəbər verir ki, müşavirədə Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistanın xarici işlər nazirləri iştirak ediblər.

Xarici İşlər Nazirliyi (XİN) rəhbərləri "Xəzər beşliyi"nin qarşıda duran yüksək səviyyəli görüşünə hazırlıq işlərinə yekun vurublar.

"Bu gün biz güzəşt və qarşılıqlı məqbul qərarların axtarışına göstərilən səylər sayəsində Xəzər dənizində qarşılıqlı fəaliyyətə aid bütün məsələlər üzrə razılığa gələ bildik. Prezidentlər tərəfindən imzalanmaya çıxarılan Xəzər dənizinin hüquqi statusuna dair konvensiya buna sübutdur", - deyə Qazaxıstanın XİN rəhbəri K.Abdrahmanov bildirib.

Qeyd olunur ki, görülən işləri Xəzəryanı dövlət başçılarının şəxsi diqqət və fəal iştirakı olmadan həyata keçirmək mümkün olmazdı.

Məlumata görə, Xəzəryanı dövlətlərin XİN rəhbərləri tərəfindən qəbul olunan Protokol qərarında tərəflərin V Xəzər sammiti zamanı imzalanması planlaşdırılan Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın müddəalarının həyata keçirilməsi üzrə gələcək fəaliyyəti öz əksini tapıb.


Yazarlar