Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

AQC beynəlxalq təşkilata üzv qəbul edildi

  26
20:35 11-08-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) rəhbərliyinin yenidən formalaşdırılmasından sonra təşkilatın fəaliyyətinin aktivləşib. Bu barədə danışan Cəmiyyətin İdarə Heyətinin üzvü, "Property" Qiymətləndirmə və konsaltinq şirkətinin direktoru Pərviz Qulaminin sözlərinə görə, “Fəaliyyət Planı” əsasında aparılan işlər çərçivəsində Cəmiyyətin Ekspertiza Mərkəzinin yaradılması, qiymətləndiricilərin peşəkarlıq səviyyəsinin artırılması üçün ardıcıl kursların təşkili, Cəmiyyətin yeni saytının hazırlanması, qiymətləndirmə standartların tərcüməsi və digər işlərlə yanaşı beynəlxalq münasibətlərdə də müvafiq addımlar atılır.

Artıq AQC-nin Beynəlxalq Qiymətləndirmə Standartları Şurasının üzvülüyünə qəbul edildiyini bildirən P.Qulami qeyd edib ki, bundan başqa Cəmiyyət müstəqil qiymətləndiricilərin digər beynəlxalq təşkilatlarına- Avropa Qiymətləndiricilər Təşkilatına və Avrasiya Qiymətləndiricilər Birliyinə üzv olmaq üçün müraciət edəcək.    


Yazarlar