Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Ermənistanın sabiq baş nazirinin qardaşı həbs olundu

  25
17:35 11-08-2018
Şriftin ölçüsünü dəyiş  

Ermənistanın keçmiş baş naziri Ovik Abramyanın qardaşı Henrix Abramyan iki ay müddətinə həbs olunub.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, avqustun 11-də məhkəmə Xüsusi İstintaq Xidmətinin H.Abramyana qarşı ehtiyat tədbiri seçilməsinə dair vəsatətini təmin edib.

 

İttihama əsasən, Hovik Abrahamyan qeyri-qanuni yolla əldə etdiyi, Ambik Qevorqyanın adına rəsmiləşdirilmiş, əslində isə qardaşı Ovik Abramyana aid xeyli sayda silah və döyüş sursatını Mxçyan kəndində yerləşən mexaniki təmir-bərpa zavodunda saxlayıb.

 

Avqustun 6-da aparılmış axtarış zamanı həmçinin 3 əl pulemyotu, 7 avtomat, 2 SVD, 3 tüfəng, 2 tapança və xeyli patron aşkarlanıb.

 


Yazarlar