Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Cəlilabadda abituriyentin intihar etməsinin təfərrüatı məlum olub

  24
16:15 11-08-2018
Şriftin ölçüsünü dəyiş  

Cəlilabadda baş vermiş intihar hadisəsinin təfərrüatı məlum olub.

 

"Report"un məlumatına görə, N.Mirzəyev bu il qəbul imtahanı zamanı II qrupa aid ixtisaslara qəbul olmaq üçün imtahan verib.

O, imtahandan sonra anasına 400-480 bal topladığını bildirib. Anası isə onun az bal topladığını deyərək oğlunu danlayıb. Dövlət İmtahan Mərkəzinin (DİM) abituriyentlərin topladığı balları açıqlayandan sonra N.Mirzəyevin 310 bal topladığı məlum olub. Bu zaman anası ilə oğlu arasında yenidən mübahisə yaranıb. Nəticədə N.Mirzəyev anasının tənqidlərindən bezərək avqustun 10-da axşam saatlarında tövlədə özünü asaraq intihar edib. 

 

 


Yazarlar