Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Xəzər günü” ilə əlaqədar Buzovna çimərliyi ərazisində iməcilik keçirilib

  65
15:25 11-08-2018
Şriftin ölçüsünü dəyiş  

“Xəzər günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Buzovna çimərliyi ərazisində dəniz sahilinin plastik və digər tullantılardan təmizlənməsi məqsədilə iməcilik keçirilib.

 

İməcilikdə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, BMT-nin Azərbaycan nümayəndəliyinin, “AzEkol” MMC-nin, “EkoSfera” İctimai Birliyinin nümayəndələri,  ictimaiyyət təmsilçiləri iştirak edib.

Tədbirin keçirilməsində məqsəd Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir.

 

Keçirilən aksiya zamanı 5 hektar ərazi tullantılardan təmizlənib, 10 m3 tullantı çeşidlənərək aidiyyəti üzrə daşınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən keçirilən ekoloji aksiya və tədbirlərdə fəal iştiraklarına, yaxından əməkdaşlıqlarına görə Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin, BMT-nin Azərbaycan nümayəndəliyinin, “AzEkol” MMC-nin, “EkoSfera” İctimai Birliyinin fəaliyyətini ETSN xüsusi vurğulayır və təşəkkürünü bildirir.

 

Bildiririk ki, belə aksiyalar Xəzər dənizinin Azərbaycana aid olan şimaldan cənuba qədər bütün sahil zolağı boyunca həyata keçirilir.

 Xatırladaq ki, 12 avqust 2006-cı il tarixindən  Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında Çərçivə Konvensiyası qüvvəyə mindikdən sonra hər il 12 avqust “Xəzər günü” kimi qeyd olunur.


                                                   

 

 


Yazarlar