Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Rumıniyada kütləvi etirazlarda 450 nəfər yaralandı

  20
13:30 11-08-2018
Şriftin ölçüsünü dəyiş  

Rumıniya paytaxtı Buxarestdə hökumət əleyhinə keçirilən etiraz aksiyalarında polislə etirazçılar arasında toqquşmalar baş verib.

 

Paralel.az “TASS” agentliyinə istinadən xəbər verir ki, toqquşmalar nəticəsində 35-i jandarm olmaqla 450 nəfər xəsarət alıb.

Bu barədə Rumıniya Jandarmeriyasının nümayəndəsi Marius Militaru mətbuat konfransı zamanı jurnalistlərə bildirib.

 

Onun sözlərinə görə xəsarət almış 452 nəfərdən içərisində 11 jandarma nəfəri olmaqla 70 nəfər xəstəxanaya yerləşdirilib.

“Onların arasında bizim boyun və bel sınığından şübhələndiyimiz, vəhşicəsinə döyülmüş həmkarımız da var” – Militaru bildirib.

 

O həmçinin hadisə ilə əlaqədar 33 nəfər saxlanıldığını, 8 cinayət işi açıldığını və 17 min ley (3,7 min avro) dəyərində 23 cərimənin tətbiq edildiyini qeyd edib.

Onun sözlərinə görə mitinqin keçirildiyi Viktoriya meydanının təmizlənməsi əmrini polisə daş atılmasından sonra paytaxt rəhbəri verib.

Hadisədən sonra prezident Klaus Yoxannis öz Facebook səhifəsində mitinqin güc yolu ilə dağıdılmasını qınayıb.

 

“Həqiqi demokratiyada hər kəs etiraz etmək hüququna malikdir və siyasi mövqelərdən asılı olmayaraq şiddət qəbuledilməzdir. Mən Jandarmeriyanın Viktoriya meydanındakı insanlara qarşı qeyri-mütənasib davranışını şiddətli şəkildə qınayıram. Hüquq-mühafizə qüvvələrinin güc tətbiq etməklə xalqın iradəsini qırmaq cəhdi ilə bağlı qərarı qınanmağa layiqdir. Daxili işlər naziri jandarmeriyanın bu gecə hadisələri necə koordinasiya etməsi ilə bağlı təcili surətdə izahat verməlidir” – Yoxannis yazıb.

 


Yazarlar