Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bakı-Balakən sərnişin qatarı yolda qalıb

  19
13:20 11-08-2018
Şriftin ölçüsünü dəyiş  

Bakıdan Balakənə hərəkət edən sərnişin qatarı yolda qalıb. 

 

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, buna səbəb avqustun 10-da axşam saatlarında Zaqatala rayonunun Lahıc kəndi ərazisindən keçən hissəsindəki dəmir yolu xəttinin sel suları nəticəsində yararsız hala düşməsidir.

 

Ona görə də dünən axşam Bakıdan çıxan və bu gün səhər saatlarında Balakən stansiyasına çatmalı olan qatar Qax rayonu ərazisindəki Kötüklü stansiyasında dayanıb. Qatardakı sərnişinlər isə avtobuslarla Qax, Zaqatala və Balakən rayonlarına göndərilib.

Hazırda dəmir yolunda təmir işləri aparılır və qatarın öz hərəkətini bərpa etməsi üçün tədbirlər görülür.

 


Yazarlar