Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Avropada daha bir terror aktının qarşısı alındı

  17
12:50 11-08-2018
Şriftin ölçüsünü dəyiş  

Böyük Britaniyada polis silsilə terror hadisələrinin qarşısını almağa müvəffəq olub.

 

Paralel.az Sky News nəşrinə istinadən xəbər verir ki, polis bu uğurunu terrorçunun zibil yeşiyindən tapdığı kağıza borcludur.

İŞID terror qruplaşmasına sədaqət andı içmiş 26 yaşlı terrorçu Lyuis Ladlou bir neçə yerdə terror hadisəsi törətmək niyyətində olub.

 

Belə ki, o, Okford-Strid, Madam Tüsso muzeyi və Müqəddəs Pavl Katedral kilsəsində terror hadisələri planlaşdırıb.

Detektivlər bütün bunları onun evində axtarış aparan zaman müəyyənləşdiriblər. Ladlou bütün bunları planlaşdırdığı kağızı cıraraq zibil vedrəsinə atıb. Lakin, polis kağızı bərpa etməyə müyəssər olub.

 

Qeyd edək ki, o, yanvar ayında da Filippin adalarına “seks-turist” kimi səyahət edəcəyini bildirib, lakin, onun sənədi əlindən alınıb.


Yazarlar