Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bakıdan Həccə gedən zəvvarların ilk qrupu bu gün yola düşür

  20
11:15 11-08-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu bun gün təyyarə ilə Səudiyyə Ərəbistanına yola düşür.

 

Bu barədə Paralel.az-a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

 

Zəvvarlar mərhələli şəkildə avqustun 11-dən 15-ə qədər yola salınacaqlar, qayıtma vaxtı isə sentyabrın 1-dən 4-ə qədər yekunlaşacaq. Zəvvarlar 8 təyyarə ilə yola salınacaq.

Bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərin sənədləri qəbul edilib. Zəvvarlardan 30-a yaxını təkrar ziyarət edənlərdir.

 

Həcc ziyarətinin qiyməti isə 4150 dollar təşkil edir. Səudiyyə Ərəbistanı qanunlarına əsasən, son 4 il ərzində ardıcıl ziyarətə gedənlər əlavə 535 dollar ödəməlidir. Yəni, əgər bir şəxs son 4 ildə hər il Həcc ziyarətinə gedibsə və bu il də gedirsə, əlavə məbləğ ödəməlidir.

 


Yazarlar