Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bəs bizdə niyə o əjdahadan yoxdur?

  18
10:35 11-08-2018
Şriftin ölçüsünü dəyiş  

Siz heç başqa ölkələrin çempionatlarını izləyirsinizmi?


Indi internetin, optik texnologiyaların, kabel televiziyalarının köməyi ilə “Old Trafford”u, “Allianz Arena”nı, “Camp Nou”nu canlı-canlı izləyir, sürətli, texnikalı, atletik Avropa futbolundan, keyfiyytəli oyunların HD formatından zövq alırıq.
Lakin mənim bu yazım böyük beşliyə (Premier League, Ligue 1, Bundesliga, La Liga, Serie A ) həsr olunmayıb, zatən oradakı nəticələri, statistikanı, heyətləri əzbərdən, əlimizin içi kimi bilirik.
Söhbətimiz qonşu ölkədən, Belorusiya çempionatından bəhs edəcək. Daha doğrusu, çempionatın iki klubundan.
Demək, Çempionlar Liqasının təsnifat mərhələsində ölkəni Borisov şəhərinin “BATE” və Avroliqada hələ köhnə dönəmlərdən tanıdığımız Minsk “Dinamo”su təmsil edir.

Artıq neçə illərdir ki, Avropa futbolunda özünəməxsus keyfiyyətli oyun tərzi, nizam-intizamlı müdafiəsi, kəskin əks-hucum üslubu (təxminən Lobanovskinin əfsanəfi Dinamosu sayaq) ilə seçilən  BATE Qarabağı səfər meydanında, tamaşaçılarımızın gözü qarşısında quru hesabla məğlubiyyətə uğratdı.

Ardınca isə “Dinamo”çular sensasiyaya imza ataraq özlərindən qat-qat güclü hesab olunan Sankt-Peterburq “Zenit”inin qapısına, nə az, nə çox, düz 4 möhtəşəm qol yüklədilər.

Bizim komandalar isə saytların informasiya lentlərində, “"Qəbələ" Avroliqada mübarizəni dayandırdı”, “"Keşlə"dən Avroliqaya erkən vida” və ““Neftçi” darmadağın oldu” başlıqlı üzücü xəbərlərlə yer aldılar.

İndi müqayisə edək. Bu bizimkilərə nisbətdə maliyyə imkanları qat-qat zəif Belorusiya klubları və hər cür şəraitə malik Azərbaycan klubları.

 

Belorusiya komandaları Avropa meydanlarına əsl cəngavər döyüşünə çıxırlar. Son ana, son dəqiqələrədək ölüm-dirim, savaş mübarizəsi aparırlar. Bizimkilərsə....?!
Belə olan halda haqlı sual meydana çıxır: bəs bizdə niyə o əjdahadan yoxdur? Nəyə görə, bizim çempionat bir aktyorun teatrına bənzəyir!?
Çünki, rəqabət mühiti yox səviyyəsindədir. Çünki, çempionatda Qarabağa ciddi müqavimət göstərə biləcək, intriqanı sona qədər daşıyacaq klub qalmayıb.
Çünki, vaxtı ilə 20 komandanın mübarizə apardığı ölkə çempionatında cəmisi səkkizcə komanda mövcuddur. Səkkiz komanda ilə rəqabətədavamlı mühit, normal yarışma ab-havası sürdürmək mümkündürmü? Bəs komandaların sayını, heç olmasa 12-yə çatdırmaq olmazmı!?
Qaytarın “Şəmkir”i, “Turan”ı, “MTK-Araz”ı, “Viləş”i, “Xəzər-Lənkəran”ı və adlarını çəkmədiyim digər klubları.

Qoy yalnız paytaxt deyil, əyalət futbolu da inkişaf etsin. Tamaşaçı marağı olsun, intriqa-rəqabət olsun, müxtəliflik-rəngarənglik olsun, dişə-diş mübarizə olsun.


Vüsal Bağırlı

 


Yazarlar