Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Serbiya mediası Azərbaycan Xalq Cümhuriyyətindən yazdı

  24
21:15 10-08-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbaycanın Serbiyadakı Səfirliyinin təşəbbüsü ilə Serbiyanın nüfuzlu KİV-lərindən olan “Danas” qəzetində “Azərbaycan Xalq Cümhuriyyətinin yüz illiyi – Özünə inamlı bir millətin dirçəlişi” adlı məqalə dərc edilib. Səfirlikdən Paralel.az-a verilən məlumata görə, məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 1918-1920-ci illərdə parlament respublikası modeli əsasında qurulmuş çoxpartiyalı ilk demokratik dövlət olduğu, 2018-ci ildə AXC-nin 100 illiyinin qeyd edildiyi xüsusi vurğulanıb. Məmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və Fətəli xan Xoyskinin əsas təsisçiləri olduğu AXC-nin müsəlman dünyasında ilk dəfə olaraq qadınlara səsvermə hüququnu verən, etnik mənşəyi, dini, sinfi və cinsindən asılı olmayaraq bütün vətəndaşlarını tam mülki və siyasi hüquqlarla təmin edən, cəmiyyətdə bərabərlik və tolerantlıq prinsiplərinə əsaslanan ilk dünyəvi müsəlman dövləti olduğu bildirilib. 1918-ci il mayın 28-də AXC-nin yaranmasının Azərbaycan xalqı üçün böyük nailiyyət olduğu, o zaman ölkəmizin qısa müddət ərzində müstəqil olmasına baxmayaraq, özünü dünyada tanıtmaq üçün fəal xarici siyasət aparmasının və bu xüsusda Paris sülh konfransında iştirakının bu dövrün beynəlxalq münasibətlərində mühüm yer tutduğu qeyd edilib.

Bunlarla yanaşı, o dövrdə Azərbaycanda Bakı Dövlət Universiteti kimi müasir təhsil ocağının təsis edilməsi AXC-nin təhsilə verdiyi xüsusi önəmin göstəricisi olduğu məqalədə öz əksini tapıb.

AXC-nin qısa müddətli müstəqilliyi dövründə həyata keçirdiyi islahatların əhəmiyyəti vurğulanaraq, 1920-ci ildə onun Bolşevik qüvvələrinin təsiri nəticəsində süquta uğradığı, lakin 1991-ci ildə Azərbaycan Respublikasının yenidən öz müstəqilliyini bərqərar edərək AXC-nin dəyər və prinsiplərinə söykənən müstəqil siyasət yürütdüyü bildirilib.

Eyni zamanda, 2018-ci ilin Serbiya tarixində də əlamətdar il olduğu, Birinci Dünya Müharibəsi zamanı öz müstəqilliyinin qorunması yolunda çoxsaylı itkilərinə görə ABŞ-ın Prezidenti Vudro Vilson tərəfindən Ağ evin üzərində Serbiya bayrağının dalğalanmasının 100 illiyinə təsadüf etdiyi və dövlət quruculuğunda Serbiyanın da Azərbaycanda olduğu kimi öz tarixi prinsiplərinə əsaslandığı qeyd edilib.   


Yazarlar