Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Qida Təhlükəsizliyi Agentliyi yerli istehsalçılarla görüşüb

  21
20:20 10-08-2018
Şriftin ölçüsünü dəyiş  

Bu gün Qida Təhlükəsizliyi Agentliyində (AQTA) respublikada fındıq istehsalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib. Agentlikdən Paralel.az-a verilən məlumata görə, görüşdə sahibkarları maraqlandıran suallara cavab verən AQTA-nın sədr müavini Rəşad Mafusov istehsalçıların qarşılaşdıqları problemləri dinləyib və onların həlli istiqamətində fikir mübadiləsi aparıb.

 

Görüşdə fındıq nümunələrinin yoxlanılması üçün Agentlik tərəfindən ən müasir standartlara cavab verən texnologiyalardan istifadə edildiyi vurğulanıb.

AQTA-nın qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin və qida məhsulları istehlakçılarının qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi, habelə ixraca dəstək fəaliyyəti çərçivəsində istehsalçılara kömək göstərilməsi işinin bundan sonra da davam etdirəcəyi bildirilib.

 


Yazarlar