Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Məqsədimiz ölkə əhalisini təbii qida və ərzaq məhsulları ilə təmin etməkdir”

  25
18:55 10-08-2018
Şriftin ölçüsünü dəyiş  

Bu bir reallıqdır ki, bu gün ölkəmizdə qida təhlükəsizliyinin təmin olunmasının əsas istiqamətlərindən biri, qida və ərzaq məhsullarına əlavə olunan sintetik əlavələrinin təbii qida əlavələri ilə əvəz edilməsindən ibarətdir.

 

Bu baxımdan məqsədi və məramı insanların sağlamlığına xidmət etməkdən ibarər olan hər bir uğurlu addım, görülən hər bir nəcib iş böyük diqqət və dəyərə layiqdir. Heçdə təsadüfi deyil ki, bu vacib sahə daim cənab Prezidentimiz İlham Əliyevin diqqət, qayğısı ilə əhatə olunub və dövlət başçısının Sərəncamı ilə yaradılan Qida Təhlükəsizliyi Agentliyi bu istiqamətdə əsaslı işlər həyata keçirməkdədir. 

 

Bu sahədə aparılan işlərə öz töhfəsini vermək və əməli işlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Azərbaycanın "TRENDTECH" şirkəti tərəfindən təbii qida əlavələri istehsalçısı olan Hollandiyanın "Siveele" şirkətinin istehsal etdiyi məhsullar ətraflı öyrənilib və bu təcrübəni paylaşmaq üçün şirkət nümayəndələri  ölkəmizə dəvət edilib. Geniş müzakirələlərdən sonra "TRENDTECH" şirkəti adıçəkilən Hollandiya şirkətinin Azərbaycan və MDB ölkələri üzrə üzrə nümayəndəsi kimi fəaliyyətə başlamışdır.

 

Bununla bağlı Bakı şəhərində Holand şirkətinin rəhbər heyyətinin iştirakı ilə təqdimat mərasimi keçirilmişdir. Ölkənin iri qida istehsalçısı olan şirkət və holdinq nümayəndələrinin də qatıldıqları tədbirdə ölkəyə gətirilməsi nəzərdə tutulan məhsulların nümunələri nümayiş olunmuş, onların tətbiq olunduğu sahələr, eyni zamanda bu məhsulların səmərəlilik fərqi .

 

iştirakçıların nəzərinə çatdırılmışdır.

 

 


VIDEO

Yazarlar