Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Ailə mühitinin uşaq psixosomatikasına təsiri nələrdir? 

  20
15:50 10-08-2018
Şriftin ölçüsünü dəyiş  

Montessori Premium Psixologiya və Nitq İnkişaf Mərkəzinin psixoloqu Roza Kazımlı ailə mühitinin uşaq psixosomatikasına təsirindən yazır

 

Bu əsrdə müasir templəri və həyat tərzi müxtəlif əlverişsiz amillər doludur.Yetkinlərin  şikayət edə biləcəyi hər şey çoxsaylı stresslər, emosional yüklənmə ,sinirlilik hal eyni zamanda uşaqlarda da əks olunur.Əgər valideyinlərin gündəlik gərgin qrafiki varsa uşağda daima tələsdirəcəklər, tənzimləyəcəklər. Onuda erkən bir yüksəliş gözləyir və ilk dəqiqədən valideyinlərin gərgin həyat ritminə qoşulur, boşluq,qışqırıq tələblər.Əgər valideyinlər ağır stress altındadırlarsa uşaq da məzlum və qorxmuş olacaq.

Əgər valideyinlər xroniki yorğunluğdan əziyyət çəkirlərsə uşaq onlarla olan ünsiyyətdən oyunlarda xoşbəxt  atmosferdən məhrum olmuş olacaq.Əgər valideyinlər əsəbidirlərsə qeyri-sabit əhval ruhiyyəyə sahibdirlərsə uşaqda əsəbi və qeyri-sabit olacaq.Beleliklə, əsrin böyüklərə tasir etmiş bütün xüsusi tendensiyaları ixtiyari və yaxud qeyri ixtiyari uşaqlara keçir, halbuki uşaqlar öz yaş dövrlərində böyüklərin çətin dünyasından uzaq olmalıdırlar.Təsüflər olsunki, müasir ailələrdə uşaqlar yetərincə diqqət ayrılmır.Daha doğrusu uşaqlara yetərincə qayğı göstərilmir.Uşağı yedirdirlər,geyindirirlər,gündəliyini qiymətlərini yoxlayırlar,xəstələnəndə həkim cağırırlar.Uşaq problemləri və narahatlıqları valideyinlərdə ciddi olmayan kiçik diqqətə  görülməyən tasiri bağışlayır.Balaca uşağda hansı narahatlıqlar ola bilər?

Böyüklərin fikrinə görə onların daha ciddi problemləri var.Bu belə deyil. Hətta əgər uşaq şikayətlərinin həyəcanının kədərinin səbəbi əhəmiyyətsiz olsada onun əzabı böyüklərdən daha güclüdür.Uşaqlar alçaldılmaq, təqsir edilmə hissi,yalnizliq,ümidsizlik hissləri öz uğursuzluqları ilə həsrət qorxu depresiya ilə tanış olurlar.Hətta özünə qəsd düşüncələri ən çox uşaqlıq yaş dövründə yaranır.Və bütün neqativi onlar valideyinlərin köməyi olmadan tək başına yaşayırlar. Uşaqların xüsusilə kiçik uşaqların arsenalında problemin rasional həlli üçün çox az vəsait var. Onlarda həyat təcrübəsi o qədər deyil ki problemi başa düşsun və eyni zamanda yetərincə sərbəstlik yoxdur. Və xilas yalnız bir yoldur - şüur altının işinə güvənmək,neqativ düşüncələi kənarlaşdırmaq və psixoloji sakitləşmək əvəzinə xəstəlik qazanmaq.

Lakin səhv hesab etmək olar ki psixomatik pozuntular və xəstəliklər ancaq valideyinləri tərəfindən emosional olaraq tərk edilmiş uşaqlarda yaranır. Xoşbəxt ailələr, qayğıkeş valideyinlər də psixosomatikadan sığortalanmayıb. İlk başda bu dediklərimiz yuxarıda dediklərimizin əksi ola bilər. Lakin biz artıq vurğulamışdıq ki, psixomatik xəstəlik insan orqanizmində olan hər hansı bir psixoloji problemə diqqət yetirməyin yoludur. Əgər böyüklər və yeniyetmələr kiminləsə öz narahatlıqlarını bölüşürsə, problemlərini danışırsa, bir çıxış yolu tapmağa çalışırsa,uşaqların belə bir imkan yoxdur. Əslində balaca uşaq istəyir ki desin ki onu incidirlər. Lakin bunu hələ edə bilmir. O hələ özü heç başa düşmür ki onunla nə baş verir və o niyə özünü pis hiss edir. Onun bu yaşında edə biləcəyi kaprizlilik etmək. Çox istəyən valideyinlər onu sakitləşdirməyə çalışırlar – göz yaşını silirlər, fikirlərini daha yaxşı işlərə və oyunlara yönəldirlər. Ancaq uşaqdakı əsas problemi başa düşmürlər. Sakitləşib və artıq kaprizlilik etmirsə - yaxşı, deməli hər şey yolundadır. Əslində bu belə deyil. Narahatçılıq müvəqqəti olaraq pzünü biruzə vermir. Bu zamanlarda estafeti uşaqın orqanizmi üstələyir. Uşağı başa sala bilmədiyi sözlər onun orqanizmində sağalmayan və periodik olaraq təkrarlanan xəstəlik simptomplarına çevrilir. Daha böyük risk altında çətin kateqoriyasına daxil olan uşaqların psixosomatikasıdır. Bu uşaqlar aşırı emosyanal reaksiyalara sahibdirlər. Adi şeylərdən qəzəb duya bilərlər. Neqativ emosional təsiri altında özlərini balaca canavarlar kimi aparırlar – oyuncaqları qırırlar, mübahisə edirlər və s. Balaca uşağın valideyinləri uşaq psixomatikasının əhəmiyyətini və spesifikasını yaxşı başa düşməlidirlər. Onlar, gözləməlidirlər ki uşaq böyüyəcək öz narahatlıqlarını özü deyəcək. Vaxt boş yerə itirilə bilər. Əlbətdə ki valideyinlər – professional psixoloq deyillər. Onlar uşaq psixikasının incəliklərini bilə bilməzlər və probıemləri ncə əlamətlərdən bilə bilməzlər. Lakin bilməlidirlər ki nəyə xüsusi diqqət yetirilməlidir. Hansı məqamlar neqativ nəticələrə gətirib çıxara bilər. Ailələrdən yaranan uşaq problemlərinin mənbələrini burada sadalaya bilərik. 

  1. Uşağın maraqlarına laqeyid yanaşmaq, valideyinə rahat olan tərbiyə modelini tətbiq etmək.
  2. Çox hallarda valideynlər deyirlər ki “uşaqların kaprizlərinə boyun əymək olmaz”,əks təqdirdə onların ərköyün böyüməsinə təsir edər.“Bizidə ciddi böyüdüblər – tamamilə təhlükəsiz insanlar olmuşuq”. Əlbətdəki bu məsələdə bəzi həqiqətlər var.Uşaqların bütün kaprizlərini sözsüz yerinə yetirmək olmaz. Lakin bu kaprizləri bir siqnal kimi qəbul etmək lazımdır ki  deməli uşaq nəyisə yetərincə almır. Valideynlərin tapşırığı bunu daha yaxşı araşdırmaqdır. Bu onun hər zaman istədiyi şeylər olmaya bilər. Yəni oyuncaq almaq, bağçaya getmək,  və saatlarla cizgi filminə baxmağa icazə vermək və s. Uşağın xahişləri onun anlaşılan və mövcud olan yol ilə neqativ narahatlıqlardan  azad olmaqdır. Əslində isə burada adi valideyn istiliyinin uşağın həyatında olmamasından söhbət gedə bilər. 
  3. Uşağın yaş xüsusiyyətləri nəzərə alınmadan valideynin rejimindən asılı olan gündəlik rejim.
  4. Uşağın müstəqil şəkildə oynaması üçün lazımı mühitin olmaması. Uşaq daha ilk hərəkət etdiyi dövrdən etibarən istəyir ki, evin hansısa bir küncündə ona aid şəxsi bir yer olsun, orada öz ev sahibi olsun. Məktəbəqədər yaş dövründə vacib deyil ki, ayrıca uşaq otağı olsun. Stol, oyuncaqları qoymaq üçün yer, sevimli kitablarını qoymaq üçün rəflər kifayət edər.
  5. Başqa uşaqlara qarşı qısqanclıq (bacı, qardaşa). Əgər evdə bir neçə uşaq varsa, valideyn- diqqəti, qayğını, sevgini bölüşdürməlidir. Bu hədiyyələrə də aiddir. Əgər balaca uşaq davamlı böyük uşağın paltarlarını geyinərsə, çöx pis ola bilər, yaralana bilər, qəlbi qırıla bilər. Balaca uşağa daha çox hədiyyə alınarsa, böyük uşaq küsə bilər və qısqana bilər. Bunlar kiçik şeylər kimi görünə bilər, bu, hətta uşağın sağlamlıığına da ciddi təsir göstərə bilər.
  6. Ananın uşaqdan fiziki olaraq uzaqlaşması. Əgər ana uzaq yerə getmək məcburiyyətində qalırsa, xəstəxanaya düşürsə və yaxud başqa səbəblərdən bəlli bir müddət uşaqdan ayrı düşürsə, bu psixoemosional vəziyyətə təsir edir, xüsusən də, məktəbəqədər yaş dövründə. Təbii ki, bəzən bu hallardan qaçış mümkün deyil. Bu hallardan digər ailə üzvlərinə belə bir vəzifə düşür:  onlar uşağa hiss etdirməlidirlər ki, tək deyil, undulmayıb, atımayıb, anası onu çox sevir, anası bir müddətlik ayrıdır. 
  7. Ailədə bir tərbiyə növü yanaşması olmaması. Əgər ana başqa tələblər edirsə, nənə isə hər şeyə icazə verirsə, bu uşağı güclü dezorientasiya edir. Uşaqda daxili konfıikt yaranır, hansını ki, özü həll etmək gücündə deyil. Bu da uşaqda psixosomatik xəstəliklərin yaranmasına kömək edir. Bu valideynlərin diqqət etməli olduğu vacib məsələlərdəndir. Ailələrdə bir çox psixotravmatik situasiyalar mövcuddur. Valideynin tərbiyə stilindən də asılıdır. Bir çox stillər psixosomatik pozuntuların yaranma səbəbi ola bilər, məsələn, eqosentrik stil, imtina stili, superkurilizasiya stili.

 


Yazarlar