Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Tacikistan lideri Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət etdi

  19
12:45 10-08-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon avqustun 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Ali qonaq görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin məzarlarının üzərinə də gül dəstələri qoyub.

Daha sonra Emoməli Rəhmon Şəhidlər xiyabanını ziyarət edib.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident Emoməli Rəhmon Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdi.

Ali qonaq “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Tacikistanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və paytaxtda görülən abadlıq-quruculuq işləri barədə məlumat verildi.


Yazarlar