Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Magistraturaların boş yerlərinə ixtisas seçimi: 383 nəfər ərizəsini təsdiq edib

  20
10:45 10-08-2018
Şriftin ölçüsünü dəyiş  

2018/2019-cu tədris ili üçün ölkəmizin ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarının boş qalan yerlərinə ixtisas seçimi davam edir.

Dövlət İmtahan Mərkəzindən Paralel.az-a verilən məlumata görə, saat 10.30-a olan məlumata əsasən, Azərbaycan bölməsi üzrə 374, rus bölməsi üzrə 9 bakalavr olmaqla, cəmi 383 bakalavr ixtisas seçimi ərizəsini təsdiq edib. “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisasın seçilməsi və təsdiqi avqustun 13-ü saat 23.59-da başa çatacaq.

Qeyd edək ki, ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı nömrəsində dərc olunub. Hər bir bakalavr imtahan verdiyi proqrama aid və bitirdiyi bakalavr ixtisasına müvafiq olan 20-dək ixtisaslaşma kodunu seçə bilər.


Yazarlar