Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycan nefti ucuzlaşdı

  39
23:15 09-08-2018
Şriftin ölçüsünü dəyiş  

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 73,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,16 dollar/barel azdır. Paralel.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 8-də 72,51 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,14 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 8-də 68,93 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,06 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə avqustun 8-də 70,5 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,22 dollar/barel azdır.


Yazarlar